PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
(®) PAŞA Bank regionun ən irimiqyaslı sənaye platformalarından biri hesab olunan 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı kimi çıxış edir.
Tədbir 1–3 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.
Sərgi müddətində PAŞA Bank təmsilçiləri B2B formatında görüşlər keçirəcək və fərdi biznes ehtiyaclarına uyğunlaşdırılmış maliyyə həllərini birbaşa müzakirə edəcəklər.
"Baku Energy Week" çərçivəsində üç əsas tədbir - 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və "Baku Energy Forum"u bir platformada birləşir. Neft və qaz kəşfiyyatı, yaşıl enerjiyə keçid, ixrac infrastrukturu və Azərbaycanın investisiya cəlbediciliyi kimi strateji mövzular müzakirəyə çıxarılacaq. Tədbirdə beynəlxalq ekspertlər, sənaye liderləri və dövlət qurumlarının nümayəndələri iştirak edəcək. Strateji sazişlər və əməkdaşlıq sənədlərinin imzalanması da nəzərdə tutulub.
Güzəştli kreditlər vasitəsilə enerji səmərəliliyi layihələrinə investisiyanı təşviq edən PAŞA Bank həm iqtisadi, həm də ekoloji dayanıqlılığa töhfə verir və bu sahədə lider mövqeyini möhkəmləndirir.
Qeyd edək ki, PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır












.jpg)



.jpg)







