"Ziraat Bank Azərbaycan" qanvermə aksiyası keçirib
(®) Sosial yönümlü layihələrə fəaliyyətində hər zaman böyük önəm verən "Ziraat Bank Azərbaycan" bu dəfə də Talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olub.
Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi ilə Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın Baş Ofisində Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilmişdir.
Qeyd edək ki, Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirilən bu layihə 14 iyun-Ümumdünya Qan Donoru Gününə həsr edilmiş və "Qan ver-yaşat" şüarı altında həyata keçirilmişdir. Qanvermə aksiyasında Bankın Baş ofis ve filial əməkdaşları iştirak etmişdir. Aksiya zamanı donorlarlardan toplanılan qan yoxlanılaraq talassemiyadan əziyyət çəkən uşaqların istifadəsinə təqdim ediləcəkdir.
Məlumat üçün qeyd edək ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar hər ay qan köçürülməsinə ehtiyac duyurlar.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















