Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi təqdim olunub
Bakı Enerji Forumunun ikinci günündə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə hazırlanmış Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi təqdim olunub.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Forumun müvafiq sessiyasında Azərbaycanda dənizdə külək enerjisinin inkişaf potensialının təhlili, atılmalı olan addımlar, beynəlxalq əməkdaşlıq, texniki, iqtisadi, ekoloji, sosial aspektlər, məşğulluq və maliyyələşdirmə məsələləri müzakirə olunub. Bildirilib ki, Yol Xəritəsi Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7.2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1.5 QVt həcmində qiymətləndirilir.
Sessiyada çıxış edən energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, ötən illər ərzində Azərbaycan Xəzər dənizindəki neft və qaz resurslarımızdan ölkəmizin iqtisadi inkişafı naminə effektiv şəkildə istifadə edib. İndi isə neft və qaza paralel olaraq yeni resursdan - dənizdə külək enerjisindən faydalanmaq üçün fürsətlər yaranmaqdadır. "Dənizdə külək enerjisi Azərbaycanın gələcək inkişafı naminə dekarbonizasiya və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı məqsədlərimizə nail olmaqda əhəmiyyətli potensiala malikdir və neft-qaz sahəsindəki təcrübəmiz bu yeni sektoru inkişaf etdirmək üçün unikal imkanlar yaradır" deyə o əlavə edib.
Qeyd edək ki, adıçəkilən Yol Xəritəsi Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” - ESMAP çərçivəsində və Energetika Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumuna əsasən beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)







.jpg)




