“Bank BTB” maliyyə göstəricilərini açıqladı - əmanətlər artıb
“Bank BTB”nin faiz gəlirləri və Bankda əhalini əmanətləi artıb.“Bank BTB” ASC 2022-ci ilin yanvar-mart dövrü (1-ci rüb) üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marj.az xəbər verir ki, 2022-ci ilin 1-ci rübündə “Bank BTB”nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 7 milyon 915 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 8 milyon 8 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 93 min manat əməliyyat zərəri formalaşıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 8 milyon 168 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 108 min manat, əməliyyat mənfəəti 59 min manat təşkil etmişdi. Ötən ilin ilk rübü ilə müqayisədə Bankın əməliyyat xərcləri azalıb.
2022-ci ilin yanvar-mart dövründə “Bank BTB”aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3 milyon 201 min manat ayırdığından zərər 3 milyon 295 min manata yüksəlib. Qeyd edək ki, ehtimal olunan kredit və depozit itkiləri üzrə ehtiyatlara ayırma qanunvericiliyə əsasən həyata keçirilir, "təhlükəsizlik yastığı" olan bu ehtiyatlar bankın stabil fəaliyyətini təmin etməyə kömək edir.
FAİZ GƏLİRLƏRİ ARTIB
2021-ci ilin ilk rübündə Bankın cəmi faiz gəlirləri 6 milyon 101 min manat ikən, 2022-ci ilin ilk rübündə 6 milyon 859 min manat, qeyri faiz faiz gəlirləri isə ötən ilin ilk rübündə 2 milyon 67 min manat ikən, cari ilin eyni dövründə 1 milyon 56 min manat təşkil edib.
BANK BÖYÜYÜB
31 Mart 2022-ci il tarixində “Bank BTB” 356 milyon 788 min manat cəmi aktivlərə, o cümlədən 247 milyon 438 min manat xalis kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 362 milyon 62 min manat cəmi aktivlərə, 251 milyon 54 min manat xalis kredit portfelinə malik idi.
2021-ci ilin birinci rübün sonuna Bank BTB-nin cəmi aktivləri 336 milyon 735 min manat, kredit portfeli isə 222 milyon 350 min manat təşkil etmişdi. Beləlikl, Bank son 12 ayda böyüyüb (aktivləri 6%, kredit portfeli 11,2% artıb )
BANKDA ƏMANƏTLƏR ARTIB
İlk rübdə “Bank BTB”də müştərilərin müddətli depozitləri 1 milyon 640 min manat və ya 1,3% artaraq 130 milyon 507 min manata çatıb. Ötən ilin sonunda Bankda müddətli depozitlər 128 milyon 867 min manat təşkil etmişdi. Əmanətlərin artmasıda “Bank BTB”nin şərtlərinin sərfəli olmasının mühüm təsiri var.
31 Mart 2022-ci il tarixində "Bank BTB" 50 milyon 112 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























