Ailə TV və Ailə NET brendlərinin dizayn və üslubu dəyişib
“Ailə TV” brendinin yeni restaylinqini təqdim edilib
Azərbaycanın telekommunikasiya sektorunda uzun illərdir uğurla fəaliyyət göstərərək əsasən kabel televiziyası, IPTV və internet provayder xidmətləri göstərməkdə olan “Kaspian Telekom” MMC şirkəti tarixində ilk dəfə olaraq Ailə TV və Ailə NET brendlərinin restaylinq tədbirləri çərçivəsində dizayn və üslubunu dəyişib. Eyni zamanda şirkət artıq yeni “Hər kəsə dəyərli” şüarı ilə öz xidmətlərini mövqeləndirəcək.
Bu barədə Marja-ya “Kaspian Telekom” şirkətindən bildirilirb.
Qeyd edilib ki, zamanın tələblərinə uyğunlaşma tədbirləri təkcə brendin vizual olaraq yenilənməsi deyil, həm də keyfiyyətcə daha üstün və innovativ xidmətlərin tətbiqini özündə əks etdirir.
Plan üzrə həyata keçirilən işlərin nəticəsi olaraq artıq abunəçilərin rahatlığı üçün yeni Aile Mobile tətbiqi həm PlayStore həm də AppStore platformalarında təqdim olunmuşdur. Bu mobil əlavədən istifadə etməklə abunəçilər həm şirkətin təqdim etdiyi müxtəlif xidmətlər üzrə abunəlik hesablarına nəzarət edə, həm də abunə haqqlarını ödəməklə bonuslar toplaya bilərlər.
Ailə TV-nın IPTV xidməti vasitəsilə dünyanın hər yerindən 200-dən çox televiziya kanalının izlənməsi imkanı da indi hər kəsə əlçatandır, belə ki xidəmtdən istifadə üçün həm müasir Ailə TV Player cihazı həm də LG və Samsung Smart televizorları üçün əlavələr, eləcə də PlayStore və AppStore-də Aile TV əlavələri istifadəyə verilmişdir. Televizorları Smart olmayan istifadəçilər də yeniliklərdən kənarda qalmayıb, onların rahatlığı üçün android 9 əməliyyat sistemində çalışan yeni nəsil Ailə TV Player cihazları yaxın günlərdə satışda olacaq.
Yeni brend altında eyni zamanda şirkətin aile.tv internet səhifəsi yenilənmişdir, Bakı şəhərində 8 və Gəncə şəhərində 1 xidmət şəbəkəsinin korporativ üslubu yeni brendə uyğun tərtib edilməkdədir. Yenilənmə tədbirləri şirkətin bütün digər vizual daşıyıcıları və reklam, promo materiallarında da uğurla başa çatdırlımışdır.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 17 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
45 d. əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
51 d. əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
54 d. əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
