Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədovaya qadın məşğulluğunun artırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görə xüsusi mükafat təqdim edilib. Rəna Məmmədova: "Azərbaycanda qadın əməkdaşlarımızın istehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniş təmsil olunmasına nail olmaqdan qürur duyuruq".
iç səhifə xəbər başlığı altı (mobil)_31
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan “Türk Sahibkar Qadınlarının Gücü Müsabiqəsi”ndə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova nüfuzlu mükafata layiq görülüb.

Müsabiqəni Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), TOBB Qadın Sahibkarlar Şurası və Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) təşkil edir və türkdilli ölkələrdə qadın sahibkarlığı, həmçinin liderliyinin inkişafına töhfə verən şirkətlərin və sahibkar qadınların təltif edilməsini hədəfləyir. Bu müsabiqə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı ilə elan edilib.

Tədbirdə öncə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın qadın sahibkarlıq təşkilatlarının rəhbərləri uğurlu fəaliyyətlərinə görə Türkdilli Dövlətlər Təşkilatı və Türkiyə Palatalarc və Birjalar Birliyi (TOBB) tərəfindən mükafatlandırılıb. Bu mükafatı Azərbaycanda qadın sahibkarlığını təmsil edən AQSİA-nın İdarə Heyətinin sədri Səkina Babayeva qəbul edib.

 “Azerbaijan Coca-Cola Bottlers” şirkəti isə qadınların inkişafı və məşğulluğunun artırılması sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə müsabiqənin “Qadın məşğulluğunda ən çox artım göstərən şirkət” nominasiyasının qalibi seçilib.

Rəsmi mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədovaya qadın məşğulluğunun artırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görə xüsusi mükafat təqdim edilib. Rəna Məmmədovaya mükafatı TOBB sədri Rıfat Hisarcıklıoğlu və Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev təqdim edib.

Rəna Məmmədova şirkətin bu mükafata layiq görülməsindən öz məmnunluğunu bildirib və qadınların inkişafının şirkətin prioritetlərindən olduğunu vurğulayıb:

“Coca-Cola sistemində qadınların inkişafını dəstəkləmək bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də biznesin davamlı inkişafı üçün əsas şərtdir. Azərbaycanda qadın əməkdaşlarımızın istehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniş təmsil olunmasına nail olmaqdan qürur duyuruq. Bu mükafat isə gördüyümüz işin Türk Dünyası səviyyəsində tanınmasıdır” .

Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq fəaliyyət göstərir. Anadolu Group-un bir hissəsi olan ‘Coca-Cola İçecek’ (CCİ) 2023-cü ildən bəri ardıcıl olaraq 3 ildir ki, qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq ‘Bərabər Əməkhaqqı Sertifikatı’na layiq görülür.

Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.

Türk Sahibkar Qadınlarının Gücü Müsabiqəsi Azerbaijan Coca-Cola Bottlers Rəna Məmmədova qadın sahibkarlığı qadın liderliyi qadın məşğulluğu TOBB TEPAV AQSİA ASK KOBİA Türkdilli Dövlətlər Təşkilatı qadın məşğulluğunda artım gender bərabərliyi sosial məsuliyyət layihələri qadınların iqtisadi inkişafı biznesdə qadınların dəstəklənməsi Coca-Cola İçecek Anadolu Group Bərabər Əməkhaqqı Sertifikatı Coca-Cola Azərbaycan sərinləşdirici içkilər Fanta Sprite Bonaqua Cappy Fuse Tea Ankara biznes tədbirləri Türk dünyası əməkdaşlığı beynəlxalq biznes mükafatları qadın təşəbbüsləri müsabiqəsi Coca-Cola 30 illik yubiley qadın əməkdaşların inkişafı
12.12.2025 18:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18