Ötən il Manatın alıcılıq qabiliyyətinin nə qədər azaldığı açıqlandı - ƏRZAQ 16 FAİZƏ YAXIN BAHALAŞIB
Azərbaycanda inflyasiyanın sürəti 6,2%-dən 6,7%-ə yüksəlib.2021-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilə nisbətən 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, 2020-ci ilin dekabr ayına nisbətən 12 faiz yüksəlib.
2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,6 faiz, 2020-ci ilin dekabr ayına nisbətən 15,8 faiz artıb.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 7,7 faiz artıb. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 10 faiz yüksəlib. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Sadə şəkildə qeyd etsək, inflyasiya pulun alıcılıq qabiliyyətinin (alış gücünün) azalmasıdır. Mal və xidmətlər bahalaşdığından müəyyən nominalda pul ilə bir müddət sonra eyni mal və xidmətləri almaq olmur. Məsələn, ölkədə 12% inflyasiya qeydə alınmışdırsa, bu o deməkdir ki, bir il əvvəl 100 manata alınan malları almaq üçün hazırda 112 manat tələb olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 27 d. əvvəl
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 38 d. əvvəl
-
40 d. əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.















.jpg)







.jpg)



