Azərbaycandakı əmanətçilərin banklardakı pulları “əridi”– REAL ZƏRƏR
Azərbaycan Mərkəzi Bankının yenilənmiş proqnozlarına görə 2021-ci ildə illik inflyasiya 11.4-11.9% (təxminən 12%) səviyyəsində gözlənilir. Rəsmi statistikaya görə, noyabrda 12 aylıq inflyasiya 11.1%, ərzaq inflyasiyası 14.9% təşkil etmişdir.
Marja.az-ın məlumatına görə, qiymətlərin daha sürətlə artması Azərbaycan banklarının əmanətçilərini real gəlirdən məhrum edib. Bu barədə bir qədər sonra.
Gəlin qısa şəkildə faizin və inflyasiyanın nə olduğunu xatırlayaq.
Faiz - pulun kirayə (icarə) haqqıdır. Borcalan (məqaləmizin nümunəsində bank), borcverənin (əmanətçinin) pulunu müəyyən müddət ərzində istifadə etdiyinə görə ona haqq ödəyir. Necə ev kirayəyə verilib gəlir əldə edilirsə, pul da icarəyə verilərək gəlir götürülür. Bu gəlir faiz gəliridir.
İnflyasiya isə pulun alıcılıq qabiliyyətinin (alış gücünün) azalmasıdır. Mal və xidmətlər bahalaşdığından müəyyən nominalda pul ilə bir müddət sonra eyni mal və xidmətləri almaq olmur. Məsələn, ölkədə illik 12% inflyasiya gözlənilirsə, bu o deməkdir ki, bir il əvvəl 100 manata alınan malları bu ilin sonunda almaq üçün 112 manat tələb olunacaq.
ƏMANƏTÇİLƏR REAL OLARAQ ZƏRƏR EDİRLƏR
Bəs faiz ilə inflyasiyanın nə əlaqəsi var?!
Əgər bir ölkədə inflyasiyanın faizi bankların əmanət faizlərindən yüksəkdirsə əmanətçilər real gəlirdən məhrum olurlar. Faiz – nominal və real faizlərə bölünür. Bankların əmanət faizləri nominal faizdir. Real faiz dərəcəsi isə - nominal faiz dərəcəsindən inflyasiya dərəcəsini çıxmaqla tapılır. Məsələn, ölkədə inflyasiya 12 faiz, əmanət faizi də 12-dirsə, real faiz sıfırdır. Başqa sözlə; sanki xeyriyyəçilik etmək üçün pulunuzu havayı kirayəyə vermisiniz. Əmanət faizi 12%-dən aşağı, tutaq ki, 9%-dirsə, bu zaman real olaraq 3% itkiniz var. Əmanətçilər yaxşı bilirlər ki, hazırda Azərbaycanda 12 aylıq manat əmanətinə 12% qazanc təklif edən bank yoxdur. Amma ölkədə bu il 12% inflyasiya gözlənilir. Azərbaycanlı əmanətçilərin real faiz gəliri əldə etmələri üçün bankların depozit faizləri 12%-dən yuxarı, məsələn, ən azı 14-15% olmalıdır.
Həmçinin oxu
Azərbaycan banklarında əmanət faizləri - SİYAHIMarja.az-ın araşdırmasına görə, Azərbaycan banklarında bir illik manat əmanətinin faizləri 5,5%-11% civarındadır. Əmanətlər üzrə orta faiz dərəcəsi isə 6,5%-7,5% aralığındadır (faizin müddətin əvvəlində və sonunda alınmasından asılı olaraq). Qeyd etdiyimiz ki, ölkəmizdə bu il təxminən 12% inflyasiya gözlənilir. Bu zaman real faizi tapmaq üçün illik inflyasiyadan (12%) illik orta əmanət faizi (7,5%) çıxılır. Cavab mənfi 4,5%-dir. Bəli, düz fikirləşdiniz, bu il Azərbaycan əmanətçilərinin manat əmanətləri orta hesabla 4,5% “əriyib”. Ölkədə qiymətlər 12% artdığı halda, əmanətçilər 7,5% qazanıblar. İnflyasiya 12% təşkil etdiyindən, ötənilki 10 min manatlıq mal və xidmətləri almaq üçün indi 11 min 200 manat tələb olunur. Bankdakı 10 min manatlıq əmanət üzrə gəlir isə orta hesabla 750 manat təşkil edir, yəni əmanətçinin vəsaiti 10 min 750 manata yüksəlib. Bu da 11 min 200 manatdan 450 manat azdır. Əmanətçi real olaraq 450 manat zərərdədir.
Çoxları rəsmi inflyasiya məlumatlarına inanmır, qiymətlərin rəsmi inflyasiya ilə müqayisədə ən azı 2 dəfə artdığını bildirir. Onlara görə, qiymətlər illik azı 20-30% civarında artıb. Qeyri-rəsmi inflyasiya məlumatı ilə müqayisədə əmanətçilərin real zərəri mənfi 20%-i aşır.
MƏRKƏZİ BANKIN FAİZİ, ƏMANƏT FAİZLƏRİNDƏN YÜKSƏKDİR
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 17 dekabr 2021-ci il tarixindən uçot dərəcəsi 7.25% müəyyən edilib. Əksər iri banklarda manat əmanətinin illik faiz dərəcəsi 6% - 6,5% olduğunu nəzərə alsaq, Azərbaycanda Mərkəzi Bankın faizi sistem əhəmiyyətli bankların əmanət faizlərindən yüksəkdir. Yəni, Mərkəzi Bank, banklardan daha yüksək faiz təqdim edir. 2021-ci ildə Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 3 dəfə qaldırılması da əmanət faizlərinin ciddi artması ilə nəticələnmir. İnflyasiya və Mərkəzi Bankın faizi artdığı zaman depozit faizləri artmalıdır. Hazırda bu proses kəskin müşahidə edilmir. Çünki banklarda izafi likvidlik mövcuddur, banklar əllərində olan pulları kredit şəkilində iqtisadiyyata yerləşdirməkdə çətinlik çəkirlər. Kreditlərə böyük tələbin olmadığı bir dövrdə kredit faizləri, eyni zamanda depozit faizləri artırıla bilməz.
Real faiz borc verənin etdiyi riskinin qiymətidir. Bu qiymətə ölkənin, onun banklarının riskləri daxildir. Yəni real faiz pulunuzu geri alıb-almayacağınızın ehtimalı qiymətidir. Hazırda Azərbaycanda real faiz mənfi olduğundan əmanətçilər pullarını geri alıb-almayacaqlarına görə risk mükafatı əldə edə bilmirlər.
İNFLYASİYADA İKİNCİ DALĞA GÖZLƏNİLİR
Bəs 2022-ci ildə inflyasiya necə olacaq? Rəsmi qurumlar 2022-ci ildə inflyasiyanın sürətinin aşağı düşəcəyini gözləyirlər. Eyni zamanda, qeyri-rəsmi qurumlar tərəfindən 2022-ci ilin yaz və yay aylarında inflyasiyada ikinci dalğanın başlayacağı barədə proqnozlar verilir. Bu proqnozlar daha real görünür, çünki hazırda inflyasiya təbii hadisələrdən daha çox asılıdır, mərkəzi bankların alətlərinin təsir imkanları azalır. Artıq qiymətləri iqlim dəyişikliyi müəyyən etməyə başlayıb.Quraqlıqlar, sellər və digər əlverişsiz hava şərtləri aqrar məhsulların məhsuldarlığını azaldır və qiymətlər artır. Süni şəkildə yaradıldığı barədə bir sıra ssenarilər irəli sürülsə də, artıq 2 ildir dünyanın təsiri altına almış yeni növ koronavirus pandemiyası da təbiətin hökümranlığıdır. Koronavirus nəticəsində istehsal, təklif və nəqliyyat problemləri yaranıb və nəticədə qiymətlər yüksəlməkdədir. Qısası, üfüqdə görünənlər yaxşıya əlamət deyil.
HƏMÇİNİN OXU: Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 saat sonra
-
6 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi






















