"300 manat maaş alan mama-ginekoloq da var. Öz qohumları belə ona etibar etmir"
Kliniki Tibbi Mərkəzdə nöqsanlar aşkarlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı bəzi həkimlərin iddialarına cavab verdi.
"Bəzən vicdanı susmuş bəzi həkimlər şou yaratmağa çalışırlar. Bəzi həkimlər İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyi ilə bağlı doğru olmayan xəbərlər verirlər. Bildirirlər ki, Agentlik suallara cavab vermir, maliyyə çatışmır".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O bildirib ki, icbari tibbi sığorta sisteminin işləkliyi ilə bağlı maliyyə vəsaiti kifayət qədərdir: "Özəl tibb müəssisələri ilə kifayət qədər müqavilələr imzalanıb. O həkimə yüksək əmək haqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə bu gün 12 min manat əmək haqqı alan cərrah, 5 min manatdan artıq maaş alan mama-ginekoloq var. Hətta 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son 6 aydakı əməliyyat sayı sıfırdır. Həmin həkimə deyirəm ki, sənin bir qohumun belə yoxdur ki onu müayinə edəsən?! Deməli öz qohumları belə ona etibar etmir. Belə olan halda başqası onun yanına niyə gəlsin?! Hətta bəzi dövlət rəsmiləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Bu gün ölkədə vətəndaş məmnunluğu lazımdır".
O qeyd edib ki, rəhbərlik etdiyi 6 müddətdə mərkəzdə bu günə qədər olmayan urologiya və neyrocərrahiyyə şöbəsi açılıb: "6 ay müddətində gün ərzində urologiya şöbəsinin əməkdaşları tərəfindən 12-15, neyrocərrahiyə şöbəsinin cərrahlar tərəfindən isə 4-5 əməliyyat icra olunur. Lakin əvvəlki 6 ayın statistikasına baxanda mərkəzdə rayon xəstəxanasında olduğu kimi gün ərzində cəmi 5-6 əməliyyat həyata keçirilirdi. Bu gün isə gündəlik olaraq 35 əməliyyat icra olunur. Gələcək üçün texniki avadanlıqların yenilənməsi nəticəsində hədəfləyirik ki, gündəlik əməliyyatların sayı 50-ni keçsin".
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
18 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 18 saat əvvəl
-
18 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 18 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
