Türk lirəsi daha da dəyərdən düşdü - DOLLAR 11 LİRƏNİ DƏ KEÇDİ
Dollar/TL məzənnəsi 11 səviyyəsini də aşaraq rekord yenilədi!Dollar/TL məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəz Bankının (TCMB) pul siyasəti faizini 1 bənd endirərək 15% olaraq təyin etməsinin ardından yüksələrək 11 səviyyəsini də aşaraq rekord yeniləyib.
Marja xəbər verir ki, məzənnə 11,3118 səviyyəsini görüb (Bakı vaxtı ilə saat 17:40-a olan məlumat).
Türk lirəsi həftənin əvvəlindən bu yana dollar qarşısında 8%-ə yaxın, bu gün isə 5%-ə yaxın dəyər itirərək dollar qarşısında ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.
Türk lirəsi 2021-ci ilin əvvəlindən bu yana isə dollar qarşısında 50%-ə yaxın ucuzlaşıb.
Xəbər verdiymiz kimi, bu gün Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurası növbəti iclasını keçirib və faiz qərarını açıqlayıb. TCMB əsas pul siyasəti faizini 1 bənd endirimlə 16%-dən 15% səviyyəsinə salıb. Mərkəzi Bank dekabr ayında faiz azalda biləcəyinə işarə edib. Türkiyədə yüksək inflyasiyaya baxmayaraq, Türkiyə Mərkəzi Bankı Prezident Rəcəb Tayyib Ərdoğanın istəyi ilə faizni aşağı salır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























