Bir ölkə sakininə düşən orta aylıq xərc 18 manat artıb - RƏSMİ
2021-ci ilin yanvar-oktyabr aylarında bir ölkə sakini ayda 344 manatlıq mallar alıb. ötən ilin eyni dövründə bu xərc 317,4 manat idi.2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artmışdır.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2021-ci ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,0 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4 faiz artmış, fərdi sahibkarlar üzrə 3,1 faiz, bazar və yarmarkalarda 0,8 faiz azalmışdır.
2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları almışdır.
Xatırladaq ki, 2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları almışdı.
2020-ci ilin yanvar-oktyabr aylarında isə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olmuşdur. Beləliklə, son 12 hesabat ayında bir ölkə sakininin arta aylıq xərci 18,2 manat artıb.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 34 433,6 | 102,9 |
o cümlədən: | ||
ərzaq məhsulları | 16 865,7 | 102,5 |
içkilər və tütün məmulatları | 1 735,6 | 100,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 296,5 | 101,3 |
elektrik malları və mebellər | 1 856,8 | 101,6 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 321,2 | 127,8 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 758,6 | 136,3 |
avtomobil benzini və dizel yanacağı | 2 078,6 | 103,4 |
digər qeyri-ərzaq malları | 5 520,6 | 101,6 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
12 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 12 saat əvvəl
-
13 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
13 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)









.jpg)








