İlk kütləvi kompüterin İstifadəçi Təlimatı 800 min dollara satılıb
44 yaşı var, üzərində də Stiv Cobsun şəxsi imzası ilə....Məşhur Apple şirkətinin ilk kütləvi məhsullarından olan Apple II kompüterinin İstifadəçi Təlimatı ötən həftə keçirilən hərracda olduqca maraqla qarşılanıb.
Marja xəbər verir ki, iştirakçıların diqqətini cəlb edən əsas məqam isə təlimatı şirkətin qurucularından olan mərhum Stiv Cobsun şəxsən imzalaması olub.
1980-ci ildə Apple məhsullarının reklamı üçün şirkətin erkən investoru və ikinci Baş Direktoru olan Mayk Markkula ilə Böyük Britaniyaya gedən Stiv Cobs orda Apple kompüterlərinin satışını təşkil edən yerli biznesmenin oğlu Julian Breverlə tanış olur. Yeniyetmənin xahişi ilə onun Apple II kompüterinin 196 səhifəlik İstifadəçi Təlimatını imzalayan Stiv Cobs tarixə düşəcək bu sözləri yazmışdı: “Julian, sən kompüterlə böyüyən ilk nəslin nümayəndəsisən. Get və dünyanı dəyiş! Steven Cobs, 1980”.
1977-ci ldə buraxılan Apple II ABŞ texnologiya nəhənginin ilk uğurlu məhsulu idi və tarixdə kütləvi müştəri bazarı üçün nəzərdə tutulmuş ilk kompüterlərdən hesab olunur. 1977-1980-ci illərdə kompüterin illik satışları fantastik həddə - 777 min dollardan 118 milyon dollara qədər artdı.
Hərracın qalibi ən yüksək məbləğ - 787 min 484 dollar təklif edən ABŞ-ın “Indianapolis Colts” reqbi komandasının sahibi Cim İrsay olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)







.jpg)










