Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
(®) Xalq Bankın təşkil etdiyi stimullaşdırıcı “Əmanət” lotereyası davam edir.
Lotereyanın birinci tiraj mərhələsinin başa çatmasına az müddət qalıb: müştərilər 30 iyun tarixinədək Xalq Bank filiallarında əmanət yerləşdirərək bu tirajda iştirak şansı əldə edə bilərlər. İlk şanslı qaliblərin adları isə 10 iyul tarixində bəlli olacaq.
Şərtlərə əsasən, 1 aprel-30 dekabr 2026-cı il tarixlərində Xalq Bankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.
Lotereyada iştirak etmək üçün müştərilər Xalq Bankın “Müddətli”, “Proqress”, “VİP-Rantye” əmanət növləri üzrə depozit yerləşdirməlidirlər.
4 tirajdan ibarət olan lotereyada iştirakçıları 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Daha geniş iştirak imkanını təmin etmək məqsədilə filiallar 5 qrup üzrə bölünüb:
1-ci qrup: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar
2-ci qrup: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir filialları
3-cü qrup: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax filialları
4-cü qrup: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları
5-ci qrup: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay filialları
Lotereya çərçivəsində ümumilikdə 227 qalibə pul mükafatı təqdim ediləcək. Uduş fondu cəmi 452 500 AZN olmaqla, 2 ədəd 50 000 AZN, 45 ədəd 5 000 AZN, 75 ədəd 1 000 AZN və 105 ədəd 500 AZN məbləğində pul mükafatlarından ibarətdir.
1-ci, 2-ci və 3-cü tirajlarında hər filial qrupu üzrə ayrı qaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrə qaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıt filialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1 qalib 50 000 AZN qazanacaq.
Tirajların keçirilmə tarixləri: 1-ci tiraj – 10 iyul 2026-cı il, 2-ci tiraj – 12 oktyabr 2026-cı il, 3-cü və 4-cü tirajlar – 12 yanvar 2027-ci il.
Müştərilər Xalq Bankda 3,6,12,18,24 ay müddətində sərfəli şərtlərlə əmanət yerləşdirərək AZN üzrə illik 10.5%-dək, USD üzrə 2.5%-dək gəlir əldə edə bilərlər. Müxtəlif çeşidli əmanət məhsulları arasında faiz gəlirini aylıq və ya müddətin sonu təklif edən, əmanəti artırma və ya azaltma imkanları olan məhsullar arasında seçim etmək mümkündür.
Lotereyaya qoşulmaq üçün XalqOnline mobil tətbiqinin “Lotereya” bölməsində iştirakı təsdiq etmək tələb olunur.
Şərtlər barədə ƏTRAFLI: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 d. əvvəl
-
- 17 d. əvvəl
- 21 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)











.jpg)



