Taliban: Bu qədər tez və asan olacağını gözləmirdik
Talibanın Siyasi Bürosunun sədri Molla Abdul Gani Birader, Əfqanıstanda hədəflərinə bu qədər tez çatacaqlarını gözləmədiklərini bildirib.
Marja xəbər verir ki, Birader, Talibanın paytaxt Kabil başda olmaqla Əfqanıstanın hamısına yaxınında hakimiyyət qurmasına dair etdiyi açıqlamada, "Belə bir müvəffəqiyyətə bu qədər tez və bu qədər asan çatacağımızı gözləmədiyimi söyləməliyəm" deyib.
Molla Abdul Gani Birader, "Qürurlu olmamalıyıq. Daha əvvəl heç sahib olmadığımız ağır bir məsuliyyətimiz olacaq. İndi imtahan zamanıdır. Hazırda ölkəmizin insanlarına xidmətin göstərilməsi, təhlükəsizliyi və həyat şərtlərinin yaxşılaşdırılması baxımından çox əhəmiyyətli bir imtahandan keçirik. İnsanların həyatlarını və gələcəklərini necə qoruyacağımıza razı salmağımız lazımdır" ifadələrini istifadə edib.
Talibanın Siyasi Bürosunun sözcüsü Muhammed Naim de Kabildə səfirliklər, diplomatik missiyalar və xarici vətəndaşlıqlılar üçün təhlükə olmadığını bildirərək, Talibanın ölkə daxilində təhlükəsizliyi qoruyacağını vurğulayıb.
Talibanın Kabilə girməsilə, bir çox ölkə personal və vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün hərəkətə keçib. ABŞ Xarici İşlər Nazirliyi, Kabil səfirliyindəki bütün personalın etibarlı şəkildə Hamid Karzai hava limanına transfer edildiyini açıqlayıb. Almaniya Xarici işlər Naziri Heiko Maas da, Almaniyanın Kabildəki səfirlik personalının çıxarılmasına başlanacağını söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















