Ərəb ölkəsindəki şirkət Azərbaycandakı kredit təşkilatında payını artırıb - 2,5 MİLYON MANATDAN ÇOX SƏRMAYƏ
“PSG Finans” Bank Olmayan Kredit Təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsü dəyişib.
Təşkilatdan Marja-ya verilən məlumata görə, payların dəyişməsi bu ilin fevral ayında nizamnamə kapitalının artırılması ilə əlaqədardır.
Belə ki, “PSG Finans” BOKT MMC-nin nizamnamə kapitalı 2 milyon 550 min manat artırılaraq 6 milyon 800 min manata çatdırılıb. Nəticədə MMC-nin təsisçilərindən Məmmədov Faiq Ağababa oğlunun payı 20%-dən 12,5%-ə, “Çaparxana Kəndli Fermer Təsərrüfatı” MMC-nin payı 20%-dən 12,5%-ə və Birləşmiş Ərəb Əmirliklərinin "Practical Solutions Middle East FZ-LLC" şirkətinin payı 60%-dən 75%-ə yüksəlib.
Ötən ilin sonunda “PSG Finans” 4 milyon 250 min manat nizamnamə kapitalına malik idi.
2013-cü ildən fəaliyyət göstərən “PSG Finans” BOKT azgəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə maliyyə xidmətləri götərməkdədir.
"Practical Solutions Middle East FZ-LLC" şirkəti "Practical Solutions Group"un (PSG) üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















