“PSG Finans” BOKT-ın xalis mənfəəti 2 dəfədən çox artıb
“PSG Finans” BOKT MMC 2020-ci ili 1 milyon 729 min manat xalis mənfəət ilə başa burub, bu, 2019-cu illə müqayisədə 2,1 dəfə çoxdur. Təşkilat 2019-cu ili 808 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja BOKT-ın maliyyə hesabatına istinadən xəbər verir ki, xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır. Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “PSG Finans”ın faiz gəlirləri (müştərilərə verilmiş kreditlərdən) 632 min manat və ya35,4% artaraq 2 milyon 417 min manat, qeyri-faiz gəlirləri isə 19 dəfə artaraq 2 milyon 800 min manat təşkil edib.
31 Dekabr 2020-ci il tarixində “PSG Finans” BOKT 8 milyon 221 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 6 milyon 418 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2019-cu ilin sonunda PSG Finans” 11 milyon 95 min manat cəmi aktivlərə və 7 milyon 590 min manat kredit portfelinə malik idi.
2013-cü ildən fəaliyyət göstərən “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı hazırda 6 milyon 800 min manat nizamnamə kapitalına malikdir. MMC-nin təsisçiləri Məmmədov Faiq (12,5%), “Çaparxana Kəndli Fermer Təsərrüfatı” MMC (12,5%) və Birləşmiş Ərəb Əmirliklərinin "Practical Solutions Middle East FZ-LLC" şirkətidir (75%).
“PSG Finans” BOKT azgəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə maliyyə xidmətləri götərməkdədir. Ətraflı www.psgfinans.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















