İngiltərədə də milyonerlər və milyaderlər daha da zənginləşiblər
Ölkədə ən varlı insan Ukrayna əslli Sir Leonard Blavatnikdir.Böyük Britaniyanın "The Sunday Times" qəzetinin hər il hazırladığı "Ən zənginlər - 2021" siyahısına görə, ölkənin ən varlı 250 adının cəmi sərvəti 2021-ci ildə 565,7 milyard sterlinqdən (801 milyard dollar) 658,1 milyard sterlinq (958,6 milyard dollar) səviyyəsinə yüksəlib.
Marja xəbər verir ki, yeni növ koronavirus epidemiyanın təsirini davam etdirdiyi 2020-ci ildə siyahıya 24 yeni milyarder əlavə olunub. Böyük Britaniyadakı milyarderlərin sayı 2021-ci ilin sonunda 171-ə çatıb. Bu 171 milyarderin cəmi sərvəti isə son bir ildə 21,7% artaraq 597,2 milyard sterlinq (846,3 milyard dollar) səviyyəsinə yüksəlib.
"The Sunday Times", ölkədə milyarderlərin sayında son 33 ildə bu səviyyədə bir artımın görülmədiyini qeyd edib.
Siyahıya görə, Böyük Britaniyada ən varlı insan 23 milyard sterlinqlik sərvətilə Leonard Blavatnikdir. Ukrayna əslli Blavatnik eyni zamanda ABŞ və Böyük Britaniya vətəndaşıdır. Blavatnik 2011-ci ildə Warner Music-i satın almış, 20130də isə Rusiyanın neft şirkəti TNK-BP-dəki payını 7 milyard dollar qarşılığında əldən çıxarmışdı. Blavatnikin investisiya şirkəti Access Industries-in, LyondellBasell adlı e-ticarət şirkətində, Berlindəki Rocket İnternet və moda markası Tory Bunch-da sərmayələri var.
Blavatnik son bir ildə sərvətini 7,2 milyard sterlinq (10,2 milyard dollar) artırmağı bacararaq, keçən il Böyük Britaniyanın ən varlı adamı olan Dyson ev alətlərinin qurucusu James Dyson-u yerindən edib.
Siyahıda Blavatnikinin ardınca 24,6 milyard sterlinq (34,8 milyard dollar) ilə əmlak və texnologiya sektorundakı sərmayələrilə tanınan David və Simon Ruben qardaşları, 17 milyard sterlinq (24 milyard dollar) ilə sənaye və maliyyə sektorunda sərmayələri olan Sri və Gopi Hinduja ailəsi, 16,3 milyard sterlinq (23 milyard dollar) ilə ev alətləri və texnologiya sahəsində yatırımları olan James Dyson, 14,6 milyard sterlinq (20,6 milyard dollar) ilə polad sərmayəçisi Lakshmi Mittal və ailəsi gəlir.
Altıncı yerdə isə 13,4 milyard sterlinq (18,9 milyard dollar) ilə mədən sektoruna sərmayələri olan Alisher Usmanov, yeddinci yerdə 13 milyard sterlinq (18,4 milyard dollar) ilə qablaşdırma şirkəti TetraLaval-ın üçdə bir hissəsinin sahibi olan Kirsten və Jorn Rausing qardaşları, səkkizinci yerdə 12,1 milyard sterlinq ilə mədən şirkətləri Evraz və Norilsk Nickel-də və Chealsa futbol klubunda sərmayələri olan Roman Abromavich yer tutub.
Leonard Blavatnik
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























