Dünya birjalarında yenidən qarışıq vəziyyət
ABŞ texnoloji səhmləri martdan bəri “ən pis gününü yaşayır”, Avstraliyada artım var, Çin, Yaponiya və Koreyada bayramdır.Həftənin üçüncü iş günü Asiya bazarlarında nisbətən müsbət dinamika ilə başlayıb.
Marja xəbər verir ki, Avstraliyanın S&P ASX 200 indeksi 0,7% artaraq, 7117,60-da qərarlaşıb. Enerji və materialların qiymətində müvafiq olaraq 0,9% və 1,2% artım qeydə alınıb. Tayvanın Taiex birjası 0,36%, Honkonqun Hang Seng indeksi 0,09% yüksəlib. Sinqapurun Strait Times indeksində əksinə, 0,82% azalma baş verib. Şəhər-dövlət ötən gün koronavirusa yeni yoluxma hallarının aşkarlanmasından sonra sosial məhdudlaşdırma tədbirlərinin sərtləşdiriləcəyini bildirib.
Çində Zəhmətkeşlər bayramı, Yaponiya və Cənubi Koreyada isə Uşaqlar günü ilə əlaqədar bayram tətili səbəbindən birjalar hələlik qısa müddətdə bağlıdır.
Asiya bazarlarındalı bu nisbi hərəkətlilik ABŞ birjalarındakı qəfil enişin fonunda baş verib. ABŞ maliyyə naziri Janet Yellenin faiz dərəcələrinin bir qədər artırılmasının zəruri olduu barədə açıqlamasının ardınca texnologiya şirkətlərinin səhmləri aprel ayına nisbətən 4% ucuzlaşıb. Wall Street-də texnoloji səhmlərə əsaslanan Nasdaq Composite indeksi 1,9%, S&P500 0,7% dəyər itirib. Apple-ın səhmləri ötən ilin oktyabrından bəri ilk dəfə ən böyük enişini yaşayıb - 3,5%. Facebook, Google-un ana şirkəti Alphabet və Intel-in səhmləri də ucuzlaşıb.
ABŞ-dakı azalma Avropa bazarlarına, xüsusən texnologiya sektoruna da təsirsiz ötüşməyib. Avropanın Stoxx 600 indeksi 1,5% azalıb. Almaniyanın maliyyə proqramçısı SAP-ın səhmləri 3%-dən çox, Niderlandın yarımkeçirici çip avadanlıqları istehsalçısı ASML-in bazar dəyəri təxminən 5% ucuzlaşıb.
ABŞ dollarının onun analoqlarının səbətinə nisbətdə kursunu ölçən Dollar İndeksi daha öncəki 91,283 göstəricisi ilə müqayisədə 0,1% azalaraq, 91,193 təşkil edib. Avstraliya dolları 0,42% bahalaşaraq, 1 Avstraliya dolları = 0,7737 dollar hədinə çatıb.
Asiya birjalarında Brent markalı fyuçers qiyməti bir barrelə 69,46 dollar təşkil edir, Qərbi Texas (WTI) nefti 66,26 dollara təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 39 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)





