Kredit portfeli 1 milyard manatdan çox olan 4 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.
Bunlar “Bank BTB”, “Yelo Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Azərbaycan Sənaye Bankı”, “Express Bank”, “Muğan Bank”, “Bank Respublika”, “Azər-Türk Bank”, “Access Bank”, “Xalq Bank”, “Yapı Kredi Bank Azərbaycan” və “AFB Bank”dır.
Ən çox azalma “AFB Bank”da (57,2%), ən az azalma isə "Bank BTB"də (0,3%) qeydə alınıb.
Qalan 14 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (38,7%), ən aşağı dinamika isə "Premium Bank"da (0,4%) qeydə alınıb.
4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 milyard 366 milyon 233 min manat), "PAŞA Bank" (2 milyard 60 milyon 484 min manat), "Kapital Bank" (1 milyard 901 milyon 168 min manat) və "Xalq Bank"dır (1 milyard 454 milyon 135 min manat).
Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
2 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
3 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

























