NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
(®) NEQSOL Academy peşəkar və şəxsi inkişafının müxtəlif mərhələlərində olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməsinə dəstək vermək məqsədilə hər kəs üçün açıq olan yeni rəqəmsal öyrənmə platforması SkillHub-ı təqdim edib.
SkillHub istifadəçilərə sürətlə dəyişən və texnologiyaların inkişafı ilə formalaşan müasir dünyada uğur qazanmaq üçün tələb olunan gələcəyə yönəlmiş bilik və bacarıqları ödənişsiz şəkildə əldə etmək imkanı yaradır.
CrossKnowledge-dən dünya səviyyəli təlimlərlə təchiz edilmiş və NEQSOL Holding tərəfindən tam maliyyələşdirilən NEQSOL Academy-nin SkillHub platforması süni intellekt, liderlik, kommunikasiya, biznesin əsasları və şəxsi effektivlik kimi sahələrdə bacarıqlarını inkişaf etdirməyə kömək edən peşəkar inkişaf resurslarına çıxış imkanı yaradır.
NEQSOL Academy – Hər yerdə, Hər zaman konsepsiyası çərçivəsində təqdim olunan SkillHub müxtəlif cihazlardan və məkanlardan əlçatan olan çevik öyrənmə təcrübəsi təqdim edir. SkillHub qlobal rəqəmsal təlim təminatçısı olan və BlackRock, BNP Paribas, Schneider Electric, Orange, Sanofi, Carrefour və ArcelorMittal kimi aparıcı təşkilatların etibar etdiyi CrossKnowledge tərəfindən dəstəklənir. Onun təqdim etdiyi məzmun Harvard, Stanford, INSEAD, Cambridge, Wharton, London Business School və HEC Paris kimi nüfuzlu təhsil müəssisələri ilə əlaqəli ekspertlər və müəllim heyəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Platforma NEQSOL Academy-nin Təlim İdarəetmə Sistemi (LMS) üzrə tərəfdaşı olan Enocta üzərində qurulub.
“Təhsilə və peşəkar inkişafa investisiya qoyuluşu güclü təşkilatların və dayanıqlı icmaların formalaşması üçün mühüm əhəmiyyət daşıyır,” – deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Kirill Rubinski bildirib. “SkillHub gənc mütəxəssislərin yüksək keyfiyyətli təhsil resurslarına çıxış əldə etməsi və karyeraları boyunca inkişafını davam etdirməsi üçün faydalı imkanlar yaratmağa dair baxışımızı əks etdirir.”
“SkillHub üçün akademik mükəmməlliyi və özünü doğrultmuş qlobal təcrübəni birləşdirən platforma axtarırdıq,” – deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib. “CrossKnowledge müasir istifadəçilərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli məzmunu, nüfuzlu ekspert yanaşmalarını və cəlbedici rəqəmsal öyrənmə təcrübəsini bir araya gətirir.”
SkillHub-a giriş və qeydiyyat: https://neqsolacademy.com/
SkillHub video təqdimat:
NEQSOL Holding haqqında
NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir. Qrup dünya üzrə 25 milyon müştəriyə xidmət göstərir və 20 mindən çox əməkdaşı var.
NEQSOL Academy haqqında
NEQSOL Academy davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları təqdim edən NEQSOL Academy “Hər yerdə, Hər zaman” prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.
CrossKnowledge haqqında
CrossKnowledge rəqəmsal öyrənmə həlləri sahəsində qlobal liderlərdən biridir və ekspert məzmunu, öyrənmə texnologiyaları və peşəkar xidmətlərin kombinasiyası vasitəsilə təşkilatlara əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirməyə kömək edir. CrossKnowledge 20 ildən çoxdur ki, aparıcı beynəlxalq təşkilatlara gələcəyə yönəlmiş bacarıqların inkişaf etdirilməsi və davamlı öyrənmə mədəniyyətinin təşviqi istiqamətində dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 15 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
2 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
3 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"


























