"Uber"in xalis zərəri ötən il 6,8 milyard dollar olub
"Uber Technologies, Inc." texnologiya şirkətinin səhmdarlarının payına düşən xalis zərəri 2020-ci ildə 6,768 mlrd. ABŞ dolları təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, 2019-cu ildə "Uber"in xalis zərəri 20% daha çox – 8,506 mlrd. dollara bərabər olub. 2020-ci il ərzində texnologiya şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 11,139 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 14% azdır. "Uber"in təklif etdiyi taksi və digər növ sərnişindaşıma xidmətləri, ərzaq çatdırılması ("Uber Eats"), paket çatdırılması, kuryerlərlə yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri ötən il 57,897 mlrd. dollara bərabər olub ki, bu da 2019-cu il ilə müqayisədə 11% azdır. Təkcə avtomobillərlə icra olunan daşımaların dəyəri 5,025 mlrd. dollar olub ki, bu da illik müqayisədə 27% azdır.
Qeyd edək ki, ötən ilin IV rübündə "Uber"in xalis zərəri 968 mln. dollara bərabər olub, bu da illik müqayisədə 12% azdır. Sözügedən dövrdə şirkətinin xidmət və məhsul satışlarından gəlirləri 3,165 mlrd dollar (illik 16% azalma), təklif etdiyi taksi xidmətləri və digər növ sərnişin daşıma, ərzaq çatdırılması ("Uber Eats"), paket çatdırılması, kuryerlər ilə yük daşınması və s. üzrə məcmu sifarişlərinin dəyəri 17,152 mlrd. dollar (illik 5% azalma), təkcə taksi və avtomobillər ilə icra olunan daşımaların dəyəri isə 1,443 mlrd. dollar (illik 24% azalma) təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
- 19 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 58 d. əvvəl
-
1 saat əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Rəsmi məzənnələr açıqlandı
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Ən çox oxunanlar
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb






.jpg)
.jpg)













.jpg)
