"İtaliyanın çıxışı Avronun sonunun başlanğıcı ola bilər"
İqtisadi Araşdırmalar İnstitutu (Ifo) Dövlət Maliyyəsi və Siyasi İqtisadiyyat Mərkəzinin Direktoru Niklas Potrafke, İtaliyanın Avro Zonasından çıxmasının ittifaqın dağılmasının başlanğıcı ola biləcəyini deyib.
"Marja" xəbər verir ki, Almaniyanın mühüm iqtisadi və düşüncə təşkilatlarından biri oln Ifo, İtaliyanın Avro Zonasından çıxması ehtimalına və nəticələrinə dair "Frankfurter Allgeimeine Zeitung" qəzetilə birgə keçirdiyi sorğusunun nəticələrini yayıb.
İQTİSADÇILARIN BÖYÜK ƏKSƏRİYYƏTİ İTALİYANIN ÇIXIŞINA QARŞIDIR
Təxminən 100 Alman iqtisadiyyat professorunun iştirak etdiyi sorğunun nəticələrinə görə, iqtisadçıların 61%-i İtaliyanın Avro Zonasından çıxmasına qarşı çıxır, 29%-i isə İtaliyanın birlikdən çıxışının tərəfdarıdır.
Sorğuda iştirak edən iqtisadçıların təxminən 52%-i İtaliyanın çıxışının Avro Bölgəsinin sabitliyinə mənfi təsir göstərə biləcəyindən qorxarkən, 23%-i isə bunun təsirinin "çox mənfi" ola biləcəyini qeyd edib.
İQTİSADÇILARIN 20%-İ, İTALİYANIN AVRO BÖLGƏSİNDƏN ÇIXACAĞINI DÜŞÜNÜR
Alman iqtisadiyyat professorlarının 57%-i İtaliyanın avrodan çıxış ehtimalının aşağı olduğunu düşünərkən, 14%-i bunu "çox aşağı" ehtimal kimi qiymətləndirib. Sorğuda iştirak edən iqtisadçıların 20%-i İtaliyanın Avro Zonasından çıxmasını mümkün sayır. İştirakçıların 6%-i isə bunu güclü ehtimal kimi qiymətləndirib.
Eyni zamanda, sorğu iştirakçılarının 48%-i, valyuta ittifaqından çıxmağın İtaliyanın rəqabət gücünə müsbət təsir edəcəyini və 14%-də bunun "çox müsbət" təsirə malik olacağına inandığını bildirib.
İTALİYANIN ÇIXIŞI, AVRO BÖLGƏSİNİN SONUNUN BAŞLANĞICI OLA BİLƏR
Ifo Dövlət Maliyyəsi və Siyasi İqtisadiyyat Mərkəzinin Direktoru Potrafke, sorğuya dair açıqlamasında, "İtaliyanın çıxışı, Avro Bölgəsinin sonunun başlanğıcı ola bilər. Əsas sual, İtaliyanın Avro Zonasından ayrılmasının Avropa Birliyinin sabitliyinə necə təsir edəcəyidir" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















