"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Premium Bank" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 3 milyon 676 min manat xalis mənfəət ilə başa vurub. Bank 2025-ci ilin ilk rübünü 1 milyon 582 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə ötən ili eyni dövrü ilə müqayisədə 2 milyon 94 min manat və ya 132% (2,3 dəfə) artıb. Bankın cari dövrdəki fəaliyyətinin nəticəsini daha doğru əks etdirən əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az-ın Bankın maliyyə göstəricilərinə istinadən məlumatına görə, 2026-cı ilin ilk rübündə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 milyon 476 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 10 milyon 65 min manat, əməliyyat mənfəəti 4 milyon 411 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 734 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 11 milyon 846 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 964 min manat təşkil etmişdi. Bank 2 milyon 882 min manat əməliyyat mənfəətindən 1 milyon 301 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
2026-cı ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 2 milyon 630 min manat, cəmi əməliyyat xərcləri isə 1 milyon 101 min manat artıb. Bankın gəlirlərindəki artım, xərclərindəki artımı üstələyib və əməliyyat mənfəətinin 1 milyon 529 min manat artmasını təmin edib. Eyni zamanda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin kəskin azalması mənfəətin artmasına töhfə verib.
KREDİT PORTFELİNİN HƏCMİ 500 MİLYON MANATI AŞIB
"Premium Bank"ın cəmi aktivləri 2026-cı ilin birinci rübündə 2025-ci ilin sonu ilə müqayisədə 11 milyon 184 min manat və ya 1,7% azalaraq 31 dekabr 2026-cı il tarixində 666 milyon 485 min manat təşkil edib.
Bankın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 22 milyon 376 min manat və ya 4,7% artaraq 500 milyon 996 min manata çatıb.
2026-cı ilin birinci rübündə 2025-ci ilin sonu ilə müqayisədə "Premium Bank"da depozitlər isə 20 milyon 70 min manat və ya 5,1% azalaraq 374 milyon 103 min manata düşüb. İlk rübdə fiziki şəxslərin depozitləri artıb, hüquqi şəxslərin depoitləri isə azalıb.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2026-cı il tarixində "Premium Bank" 196 milyon 661 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 192 milyon 466 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
2 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
2 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
10 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)







.jpg)









