"Ölkəmizdə qara PR üçün daha çox partizan mediadan istifadə olunur"

“Azərbaycanda xəbər izləməyən əhalinin 13%-i məhz saxta xəbərin çoxluğunu əsas gətirərək mediadan imtina edirlər”.
Bu gün dünya mediası üzərindən aparılan qara PR savaşları biznes mənzərəsinin bir hissəsinə çevrilib. Bir neçə mütəxəsis PR savaşlarını nüfuz müharibəsi də adlandırır. Sözügedən nüfuz davası bəzən milyardlarla dövriyyəsi olan şirkətin zəifləməsinə, hətta iflasına gətirib çıxarır.
Bəs, Azərbaycanda necə ictimai şüuru yönləndirən və manipulyasiya edən Qara PR-dan necə istifadə olunur?
Mövzunu şərh edən PR üzrə ekspert Anar Əskərov bildirib ki, qara PR hansısa reputasiyanın məqsədli şəkildə zəiflədilməsi və ya tamamilə məhv edilməsi üçün aparılır:
“Bu sahəsindən asılı olmayaraq, daha çox rəqiblər və ya radikal qruplar arasında baş verən bir prosesdir. Həm siyasətdə, həm də biznesdə rəqiblər və ya narazı ayrılan keçmiş partnyorlar bir-birilərinə zərər yetirmək üçün qara PR-dan istifadə edirlər. Texnologiya inkişaf etdikcə yeni media da inkişaf edir və bu səbəbdən həm PR, həm də qara PR üçün alətlərin sayı durmadan artır. Xüsusilə, sosial media və onlayn medianın imkanları və əlçatanlığı saxta xəbərlərin (fake news) sürətlə yayılmasını asanlaşdırır və onların bir göz qırpımında illərlə qurulan reputasiyalarına ciddi zərər vurmasına yol açır”.
“Azərbaycanda qara PR və saxta xəbərlərə qarşı mübarizə metodları müzakirəyə çıxarılmalıdır”.
Sahənin eksperti qeyd edib ki, Azərbaycanda da bu təcrübədən istifadə edənlər var: “Təəssüf ki, Azərbaycanda bu təcrübədən istifadə edən şəxslər tapılır. Hətta deyərdim ki, çoxdur. Ölkəmizdə ən çox qara PR aləti kimi partizan mediadan istifadə olunur. Bu təkcə bizə xas bir xüsusiyyət deyil, bu vasitə artıq dünyanın inkişaf etmiş ölkələrində də ciddi problemə çevrilib. İnsanlar neqativ xarakterli məlumatlara daha tez və kəskin reaksiya verdiyi üçün bu tərz xoş niyyətli olmayan cəhdlərin uğurlu olma ehtimalı da yüksəkdir. Ona görə də media və PR ekspertləri saxta xəbərlər yayan bu tip qurumlara qarşı mübarizə aparmaq üçün həyəcan təbili çalırlar. Hesab edirəm ki, ölkəmizdə də qara PR və saxta xəbərlərə qarşı mübarizə metodları müzakirəyə çıxarılmalıdır. Qara PR vasitəsi ilə yayılan neqativ məlumatlar aid edilən şəxsin və ya qurumun reputasiyasına mənfi təsir etməklə yanaşı insanların da xəbərlərə etibarını azaldır. Apardığımız sorğu və araşdırma nəticəsinə əsasən məlum olur ki, Azərbaycanda xəbər izləməyən əhalinin 13%-i məhz saxta xəbərin çoxluğunu əsas gətirərək bundan imtina edirlər”.
“Qara PR-a hazırlıqlı olmaq üçün onlar özləri haqqında daim proaktiv kontent yaratmalıdır”.
“Bu istiqamətdə həyata keçiriləsi işlərin ən başında saxta xəbər yayanlara qarşı sərt qanunvericilik tələblərinin qoyulması və qara PR həyata keçirən şəxslərin ciddi cəzalandırılması gəlir. Digər media vasitələri isə barəsində neqativ məlumatlar yayılan şəxslər, qurumlar haqqında doğru məlumatları araşdırıb tapmağa və təkzib mətnlərini yayımlamağa istəkli olmalıdırlar. Hər bir şəxs, marka, qurum isə özü haqqında yayılan məlumatları daim monitorinq etməli, çıxan nəticələri analiz edib, onların öz reputasiyasına təsirini müəyyən etməlidir. Bununla yanaşı qara PR-a hazırlıqlı olmaq üçün onlar özləri haqqında daim proaktiv kontent yaratmalı, sosial media və mümkün olduğu halda kütləvi media vasitələri ilə yayımlamalıdırlar”, – deyə Anar Əskərov vurğulayıb.
© TED
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
3 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
3 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
3 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur
