“Azərbaycanda sitrus meyvə bitkilərinin məhsuldarlığı çox aşağıdır”
“Məlumdur ki, respublikamızın torpaq-iqlim şəraiti sitrus meyvə bitkilərinin yüksək məhsul verməsi üçün tamamilə uyğundur (Lənkəran iqtisadi rayonu). Lakin buna baxmayaraq, respublika üzrə bu bitkilərin ümumi məhsuldarlığı çox aşağıdır”.
“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavin, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Əliyev “Aqroskop” jurnalında dərc olunmuş məqaləsində bildirib.
Vahid Əliyev qeyd edib ki, son beş ildə limon bitkisində -8,7 t/ha, portağal bitkisində -15,8 t/ha, naringi bitkisində isə -15,9 t/ha azalma müşahidə edilib:
"Sitrus meyvə bitkilərinin orta məhsuldarlığı Lənkəran iqtisadi zonasında respublikanın göstəricilərinə yaxındır. Naringi bitkisinin orta məhsuldarlığı 2018-ci ilin məlumatına görə, 22,7 t/ha təşkil edib. Sitrus meyvə bitkilərinin, əsasən də, limon bitkisinin becərilməsi üçün münbit şəraitin olmasına baxmayaraq, Lənkəran bölgəsində bu bitkinin orta məhsuldarlığı çox aşağıdır - bölgə üzrə 2018-ci ildə limon bitkisinin məhsuldarlığı 10,4 t/ha olub.
Son beş ildə ölkədə sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 3735,1 hektar təşkil edib. Məhsul istehsalı isə 44720,4 min tona çatdırılıb. Belə ki, 2018-ci ildə limonun əkin sahəsi 575,8 ha (36,8%), portağalın əkin sahəsi 494,6 ha (238,9%) və naringinin əkin sahəsi isə 2664,7 ha (109,1%) təşkil edib. Sitrus meyvə bitkilərinin məhsuldarlığında isə 14,2% azalma müşahidə olunub.
Son 5 ildə Lənkəran iqtisadi rayonunda limon bağlarının ümumi sahəsində 160,3 hektar, portağal bağlarında 348,8 hektar, naringi bağlarında isə 1394,4 hektar artım müşahidə olunub".
Əliyev məqaləsində qeyd edib ki, Azərbaycanda sitrus meyvə sektorunda mövcud vəziyyəti aşağıdakı kimi qiymətləndirmək olar:
-Azərbaycan bir çox meyvə bitkilərinin gen qaynaqlarından biridir və ekoloji cəhətdən tropik meyvə bitkilərindən başqa bütün meyvə bitkilərini yetişdirməyə tam uyğundur;
-Azərbaycanda sitrus meyvə istehsalı və əkin sahəsi artmaqdadır;
-Respublikamız sitrus meyvə istehsalı üçün əlverişli coğrafiyaya malik olmasına baxmayaraq, meyvə ixracatında çox geridədir;
-Respublikamızda meyvələr həm təzə halda, həm də emal edilərək (şirə, konsentrant və s.) ixrac edilir;
-Azərbaycan coğrafi mövqeyinə görə ən böyük idxal bazalarına yaxındır;
-İstehsal ənənəvi yolla aparılmaqla yanaşı, son illərdə klon calaqaltıları üstündə bağsalma layihələri həyata keçirilir;
-Sitrus meyvəçiliyi sahəsində kadr potensialı və seleksiyası üzrə elmi-tədqiqat işləri qənaətbəxş deyil;
-Azərbaycanda sitrus meyvə istehsalı üçün emal və paketləmə, depolama bazası yetərsizdir;
-Sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyalar tətbiq edilmir;
-Meyvə istehsalçıları arasında uzunmüddətli kooperasiya əlaqələri mövcud deyil;
-Daşıma uyğun olmayan nəqliyyatla həyata keçirilir;
-Azərbaycanda kənd təsərrüfatına ayrılan dəstək, dövlət büdcəsinin kiçik bir hissəsini təşkil edir;
-İstehsalçı-yayımçı-tədqiqat arasında bilik mübadiləsində axsamalar mövcuddur;
-İstehsalçıların xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri, modern becərmə üsulları, calaqaltı, sort, budama kimi vacib mövzularda bilikləri aşağıdır;
-Sektorda çox sayda təşkilatların mövcud olmasına rəğmən, faydaları aşağıdır və bu cür təşkilatlanma ilə gözlənilən fayda əldə etmək mümkün deyil;
Azərbaycanda sitrus meyvə istehsalını artırmaq və ixracatçı ölkəyə çevrilmək üçün prioritet istiqamətlər aşağıdakılardan ibarət olmalıdır:
- Sitrus meyvə bitkiləri sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması;
-Mövcud meyvə bağlarının intensivləşdirilməsi, yəni ənənəvi sortların daha intensiv sortlarla əvəz edilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə məhsuldarlığın yüksəldilməsi;
-Sitrus meyvəçiliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;
-Meyvə istehsalı üçün emal, paketləmə və depolama bazasının gücləndirilməsi;
-Sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
-Məhsulların satışı üzrə marketinq fəaliyyətinin gücləndirilməsi;
-Sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi;
-Virusdan azad, sağlam əkin materialının istehsalının təşkili, reproduksion və sənaye tinglik təsərrüfatlarının yaradılması;
-Sitrus meyvə bitkilərinin tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
2 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 14 saat əvvəl
-
14 saat əvvəl
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
-
14 saat əvvəl
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş şəxsin ipoteka borcunu ödədi
-
14 saat əvvəl
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
Ən çox oxunanlar
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ
"Azərbaycan benzininin ölkəmizdə daha ucuz qiymətə satılacağı müsbət məqamdır" - Erməni nazir
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib





















