Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni faiz şərtləri ilə depozit hərracı elan edildi - 6 FAİZDƏN DƏ AŞAĞI...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni faiz şərtləri ilə depozit hərracı elan edildi - 6 FAİZDƏN DƏ AŞAĞI...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 
"Marja" xəbər ki, hibrid hərrac ilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 16 Dekabr 2019-cu il tarixində keçiriləcəkdir.

Reklam_3_11

 

Müddət 14 gün, faiz dərəcəsi 5,76% - 7,49% aralığında müəyyən olunub. Qeyd edək ki, bundan əvvəlki depozit hərracları üçün faiz dərəcəsi 6,01% - 7,74% aralığında müəyyən olunurdu. Faiz aralığının yenidən aşağı düşməsi Mərkəzi Bankın bu il 8-ci dəfə faiz endirməsi ilə bağlıdır.

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdir (9.25% və 5.75%).

 

Qaydalara görə, depozit hərracının faiz aralığı faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracında faiz aralığı da dəyişir. 

 

HƏMÇİNİN OXU: Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

 

Qeyd edək ki, depozit hərraclarında tələb təklifi dəfələr ilə üstələdiyindən əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi aralığın aşağı səviyyəsində - 6,01% təşkil edirdi. Əgər 16 Dekabrda keçiriləcək hərracda da tələb təklifi üstələsə əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 6%-dən də aşağı düşəcəkdir. 

 

2019-cu ildə Mərkəzi Bank 8 dəfə faiz endirməsinə baxmayaraq depozit hərraclarında tələb kəskin azalmır. 

13.12.2019 10:01
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar