HR Academy-nin qadınlar üçün təlimləri davam edir - YENİ LAYİHƏ

WoWoman qadınların inkişafı üçün, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmələri üçün yol göstərən, işarələr verən platformadır. Yarandığı tarixdən etibarən WoWoman, HR Academy təlimlərini, jurnalistika, motivasiya, vaxtın idarə edilməsi, özünəinam, fərdi və peşəkar inkişafa dair müxtəlif tədbirlər həyata keçirmişdir. Bundan əlavə, platforma artıq Gəncə şəhərində, Ukraynada və bir sıra xarici ölkələrdə də fəaliyyətinə start veribdir.
Wowoman 2017-ci ilin layihələri arasında ilin ən yaxşı layihəsi seçilən HR Academy komandası xanımlara HR sahəsində verdiyi dəstəyi digər sahədədə vermək qərarına gəlib və "Pro in Projects" adlı layihəyə start verib.
"Pro in Projects" layihəsinin yeni təlimi 18 Aprel başlayacaq “Project Management Essentials” olacaq. Kurs 2 həftə olmaqla, həftədə 2 dəfə keçiriləcək. Təlimçi Kənan Şıxlinski. İngilis dilində keçiriləcək olan kurs tam olaraq ödənişsizdir. Kursun sonunda iştirakçılar imtahan nəticələrinə uyğun olaraq sertifikatla təltif olunacaqlar.
HR Academy öz təlimlərinə davam edir və 10 Aprel başlayan “Resourcing and performance management” kursu həftədə 3 dəfə olmaqla 3 həftə davam edəcəkdir. Kursun təlimçiləri Asif Gədirov (Gilan Holding), Çimnaz Qasımova (Pasha Bank) və Orxan İsayev. Kursun sonunda iştirakçılar imtahan nəticələrinə uyğun olaraq sertifikatla təltif olunacaqlar.
Bundan əlavə 1 may Əmək Qanunvericiliyi sistemi adlı təlim start verəcəkdir. Təlim Azərbaycan dilində olmaqla 6 həftə və həftədə 2 dəfə keçiriləcək. Təlimçi Gilan Holdingdə insan resurları üzrə baş mütəxəssiz olan Fərid Nəcəfovdur. Wowoman HR Academy-nin digər təlimləri kimi bu təlimlərdə ödənişsiz olaraq keçiriləcəkdir. Kursun sonunda iştirakçılar imtahan nəticələrinə uyğun olaraq sertifikatla təltif olunacaqlar.
Wowoman HR Academy komandasının sizə bir yeniliyi daha var. Yazın son aylarında Wowoman HR Academy komandası Azərbaycanın bölgələrinə çıxmaqla Lənkaranda baş tutacaq ilk forumunu keçirib, Lənkəranda yaşayan xanımlar üçündə təlim və forumlarda iştirak etmək şansını yaradacaqdır.
Təlimlərimizə qoşulmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
1.Project Management Essentials - https://goo.gl/aUpkis
2.Resourcing and Performance Management - https://goo.gl/D27wz9
3.Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin Sistemi - https://goo.gl/5zX9z5
Ətraflı məlumatı telefon nömrəsi ilə əlaqə saxlayıb öyrənə bilərsiz.
Tel:+994509640478
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
2 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
