Azərbaycanın ən böyük özəl bankı 9 aylıq maliyyə göstəricilərini açıqladı
“PAŞA Bank” ASC 2019-cu ilin 9 ayını (yanvar-sentyabr) 64 milyon 596 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 14 milyon 167 min manat və ya 28% artıb. “PAŞA Bank” 2018-ci ilin 9 ayını 50 milyon 429 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “PAŞA Bank”ın cəmi gəlirləri 51 milyon 549 min manat və ya 35% artaraq 198 milyon 164 min manat təşkil edib. “PAŞA Bank” 2018-ci ilin 9 ayı ərzində 146 milyon 615 min manat cəmi gəlir əldə etmişdi.
“PAŞA Bank”ın faiz gəlirləri 22 milyon 145 min manat və ya 17,8% artaraq 146 milyon 408 min manat, qeyri-faiz gəlirləri isə 29 milyon 404 min manat və ya 2,3 dəfə artaraq 51 milyon 756 min manat təşkil edib.
2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında “PAŞA Bank”ın cəmi xərcləri 12 milyon 161 min manat və ya 12,8% artaraq 107 milyon 48 min manat təşkil edib. 2018-ci ilin 9 ayı ərzində “PAŞA Bank”ın cəmi xərcləri 94 milyon 887 min manat təşkil etmişdi.
“PAŞA Bank”ın gəlirlərinin xərclərindən daha çox artması əməliyyat mənfəətinin də artmasını təmin edib. 2019-cu ilin 9 ayında “PAŞA Bank”ın əməliyyat mənfəəti 88 milyon 816 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 13 milyon 89 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, həmçinin 11 milyon 114 min manat mənfəət vergisi ödəyib. Nətcədə, Bankın 64 milyon 596 min manat xalis mənfəəti yaranıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏRDƏ BÖYÜK ARTIM
30 İyun 2019-cu il tarixində “PAŞA Bank” 4 milyard 383 milyon 325 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 1 milyard 681 milyon 818 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2018-ci ilin sonunda Bankın 4 milyard 695 milyon 717 min manatlıq cəmi aktivlərinin 1 milyard 320 milyon 893 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, 9 ay ərzində “PAŞA Bank”ın kredit portfeli 360 milyon 925 min manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























