Unibank 100-cü onlayn biznes kreditini verib
(®) Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, bu sahədə 100-cü krediti rəsmiləşdirib.
Bankın yaydığı məlumatda bildirilir ki, onlayn kreditləşmənin 1 ilinin tamam olduğu ərəfədə, 100-cü krediti 23 ildir “Unibank”ın müştərisi olan şirkət götürüb. 100-cü krediti götürən şirkət rəhbərinə məhsulun 1 ilinin tamam olması münasibəti ilə Unibank tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Qida sektorunda tanınmış şirkətlərdən olan “Gulistan Baku” MMC-nin rəhbəri Gülnarə Allahverdiyeva bildirib ki, şirkəti artıq bir neçə dəfə “Unibank”ın onlayn kredit məhsulundan faydalanıb:
“Biz 20 ildən artıqdır ki, “Unibank”la əməkdaşıq edirik. Öz şirkətimizin nümunəsində “Unibank”ın biznesə dəstəyini 10 ballıq şkala ilə 10 bal ilə dəyərləndirərdim. Maliyyə dəstəyi lazım olan zaman, yüksək səviyyədə bank xidməti ilə təmin olunmuşuq. Onlayn kredit məhsulunun isə sahibkarlar üçün xüsusi dəyəri var. Ani pul lazım olanda əmin oluruq ki, müraciətimiz dəqiqələr ərzində qarşılanacaq. Daim inkişaf yolunda olan biznes üçün belə operativ dəstək çox vacibdir və biz bu dəstəyi hər zaman “Unibank”dan görmüşük”.
“Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, biznes sahibləri üçün vaxt çox dəyərlidir və onlayn kreditləşmənin əsas məqsədi də sahibkara şirkətindən ayrılmadan dəstək göstərməkdir:
“Biznes sahibinə qısamüddətli və təcili kredit lazım olanda, çox sərfəli şərtlərlə, həm də cəmi 15 dəqiqə ərzində “Unibank”dan götürə bilir. Bunun üçün banka gəlməyə ehtiyac yoxdur, çünki overdraft krediti birbaşa sahibkarın hesabına köçürülür. Bu kreditin girovsuz olmağı da sahibkarlar üçün bir üstünlükdür. Unibank olaraq çox şadıq ki, sahibkarlarımıza anında maliyyə dəstəyi göstərə bilirik və hər çətinliyə düşəndə onların yanındayıq”.
Overdraft kreditlərin üstünlükləri:
- Biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərini operativ şəkildə təmin edir;
- Güzəşt müddəti dövründə faizlərin hesablanmaması;
-100.000 AZN-dək kredit ayrılması mümkündür;
- Sahibkar krediti banka gəlmədən dəqiqələr ərzində əldə edir;
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://www.unibank.az/az/corporate/index əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























