PAŞA Bankdan POS-terminalların onlayn sifarişi – rahat, sürətli və sərfəli!
(®) Ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar üçün POS-terminalların sifarişi və bununla bağlı bütün lazımi sənədlərin onlayn rejimdə tərtib edilməsi kimi unikal imkan təqdim olunur.
Əgər öncə sahibkarlar POS terminalın alınması ilə bağlı sifarişin verilməsi üçün Bankın filialına gələrək bütün sənədlərin imzalanmasına vaxt sərf edirdilərsə, artıq bu əməliyyat üçün sahibkarın Banka gəlməsi tələb olunmur, prosesin özü isə bir neçə gün ərzində tamamlanır və Müştəri POS terminalı əldə edir.
POS terminalların onlayn sifarişi ilə yanaşı, digər üstünlük də ondan ibarətdir ki, avadanlıq pulsuz təqdim olunur, depozitin yerləşdirilməsi tələb olunmur. POS-terminaldan istifadəyə görə yalnız ekvayrinq dövriyyəsi üzrə komissiya ödənilir.
PAŞA Bankın təqdim etdiyi müasir ekvayrinq həllərinin bütün üstünlüklərindən yararlanmaqla sahibkarlar öz resurs və xərclərini optimallaşdıra, dövriyyə vəsaitlərini artıra və qənaət etdikləri vaxtlarını biznesin inkişafına sərf edə biləcəklər.
PAŞA Bank tərəfindən ölkədə nağdsız ödənişlərin dəstəklənməsi, o cümlədən iqtisadi fəaliyyət göstərən hüquqi şəxslərin və fərdi sahibkarların elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə qəbul edilməsi, POS-terminalların beynəlxalq standartlara uyğun tətbiqi işinə dəstək vermək məqsədi ilə təqdim etdiyi POS terminalın onlayn sifarişi xidmətindən faydalanmaq üçün aşağıdakı keçidə daxil olun: https://pashabank.digital/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























