Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

16 sentyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
"Marja" Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,26% - 7,99%-dir.
Qeyd edək ki, əvvəlki hərraclarda faiz dərəcəsi 6,26% - 8,24% aralığında müəyyən olunurdu. Arağlığın yuxarı həddinin aşağı düşməsi Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması, faiz dəhlizinin yuxarı və aşağı hədlərini uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən etməsilə bağlıdır.
Qeyd edək ki, depozit hərraclarında tələb təklifi dəfələrlə üstələdiyindən əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi də 6.26% təşkil edir.
Xəbər verdiyimiz kimi, 09.09.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583.1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6.26% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləi də cəlb etmişdi.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər
-
-
1 saat əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
1 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Metro və avtobuslarda gediş haqqları artırıldı
Ən çox oxunanlar

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
