Dövlət büdcəsində 667 milyon manatlıq kəsir
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2019-cu ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 12 milyard 435,5 milyon manat vəsait daxil olmuş, büdcədən 13 milyard 102,7 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 667,2 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5 faizi qədər kəsir yaranmışdır.
“Marja” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.
2019-cu ilin birinci yarısında (yanvar-iyun) ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdi. Beləliklə, iyulda kəsir daha da artıb.
Maliyyə Nazirliyindən "Marja"ya bildirilib ki, kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri - özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb.
Qeyd edək ki, Dövlət Neft Fondu hərraclarda valyutaya tələb olmadığından dövlət büdcəsinə transfert üzrə qrafikdə gecikir. Bu səbədən də büdcədə kəsir yaranır. Mərkəzi Bank Manatın bahalaşmasının qarşısını almaq üçün Fondun ucuz dollar satmasına imkan vermir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























.jpg)

