"Bitki klinikalarının yaradılmasına ehtiyac var"
Ərzaq təhlükəsizliyi bütün dövlətlər üçün ümumi təhlükəsizliyin mühüm hissəsini təşkil edir. Çünki qida hər bir insanın yaşaması üçün həyati vacib amildir və onun alternativi yoxdur. Bu baxımdan da hər bir dövlət aqrar sahənin inkişafına strateji məsələ kimi baxır. Lakin təəssüflər olsun ki, bu gün açıq tarla şəraitində məhsul yetişdirmək ekoloji tarazlığın pozulması nəticəsində xeyli çətinləşib. Gözlənilməz iqlim dəyişiklikləri, təbii fəlakətlər, qəfil xəstəliklər, ziyanvericilərə qarşı mübarizə, eləcə də digər riskli amillər fermerləri çıxılmaz vəziyyətə salır.
ABŞ-ın İllinoys Universitetinin professoru Məhəmməd Babadost bu məsələlərin qarşısının elmi əsaslarla alına biləcəyini və əkinçiliyin inkişafı üçün ölkədə bitki klinikalarının yaradılmasının zəruriliyindən danışıb. Alim deyib: “2007-ci ildən Azərbaycan Dövlət Aqrar Universiteti ilə müntəzəm elmi əlaqələrimiz davam edir. Bu gün də həmin universitetin dəvəti ilə Azərbaycandayam. Son 5 ildə Aqrar Universitet böyük inkişaf yolu keçib. Burada infrastrukturun və maddi texniki bazanın qurulması istiqamətində xeyli iş görülüb. Universitetin bundan sonrakı uğurlu inkişafı isə daha bilikli və bacarıqlı gəncləri buraya cəlb etmək, təhsilin müxtəlif pillələrində olan gəncləri mübadilə proqramlarına qoşmaq, nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqəsini yaratmaq və aqrar sektorun ayrı-ayrı sahələrinin gənc mütəxəssislərlə təmin olunmasından asılıdır.
Ölkənin bir sıra fermer təsərrüfatlarında olduğunu və müşahidələr apardığını deyən alim kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər üçün faydalı məsləhətlər verib.
O bildirib: “Azərbaycan dövləti aqrar sahənin inkişafına dəstək verdiyi üçün sahibkarlar kənd təsərrüfatı məhsullarının istehsalında çox həvəslidirlər. Bu sahənin inkişafını ləngidən isə sahibkarların pay torpaqlarının dünyadakı ümumi göstəricidən xeyli aşağı olması və istehsalçıların həm öz aralarında, həm də elmlə təcrübə arasındakı əlaqələrin zəif olmasıdır.
Əkin torpaqlarının kiçikliyi fermerləri öz sahələrində yüksək mexanikləşmə tətbiq etməkdən və mütəxəssislərlə işləməkdən məhrum edir. Rentabelli təsərrüfat yaratmaq üçün sahibkarlar həm torpaq sahələrini birləşdirməli, həm də elmi müəssisələrlə əlaqələrini gücləndirməlidirlər.
Ölkəmizdə bitkiçilik sahəsinin gələcək perspektivlərindən də danışan alim qeyd edib ki, dünyanın heç bir yerində kənd təsərrüfatının inkişafını risk amillərini nəzərə almadan irəli aparmaq mümkün deyil. Xüsusən də bir sıra xəstəliklərə və zərərvericilərə qarşı mübarizə hələ də dünya aqrar elminin qarşısında duran başlıca vəzifələrdəndir. Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər və onları törədən səbəblər nəinki müşahidə altında, hətta kiçik laboratoriyalarda belə aşkarlanmır. Bitki xəstəliklərini və zərərvericilərin yaranma səbəbini düzgün müəyyənləşdirmədən tətbiq edilən pestisidlər isə nəinki gözlənilən nəticəni vermir, hətta sonrakı mərhələlərdə digər problemlərin yaranmasına səbəb olur. Bu cür hallarla qarşılaşan sahibkarlar məhsul istehsalında ziyana uğramaqla yanaşı, istifadələrində olan yararlı torpaqlardan da məhrum olurlar. Ona görə də aqrar sektorda əkinçiliyin inkişafını və bu sahədə yüksək məhsuldarlığı təmin etməyə, eləcə də xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirlərini elmi əsaslar üzərində qurmaq üçün bitki klinikalarının yaradılmasına ehtiyac var”, - deyə o əlavə edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
2 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
4 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
4 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)









.jpg)




