Mərkəzi Bank depozit hərracının şərtlərini dəyişdi
29 aprel 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
"Marja" xəbər verir ki, diqqəti cəlb edən Mərkəzi Bankın təklifi (cəlb etmək istədiyi məbləği) 350 milyon manatdan 150 milyon manata endirməsidir. Qeyd edək ki, əvvəlki hərraclarda tələb təklifdən az olmuşdu. Mərkəzi Bank, tələb azaldığından məbləği aşağı salmış ola bilər.
Bu gün Mərkəzi Bank faiz dəhlizinin parametrlərinə dəyişiklik etdiyindən (faizlər endirilib) hərracın da faiz şərtləri dəyişib. Faiz dərəcəsi: 6,76% - 8,74% kimi müəyyən olunub. Bundan əvvəlki hərraclarda faiz aralığı 7,01% - 8,99% müəyyən olunurdu.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xəbər verdiymiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8.75%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi 10.75%, aşağı həddi isə 6.75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 26 aprel 2019-cu ildən qüvvəyə minir.
Qeyd edək ki, depozit hərracının faizi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracının da faizi dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
13 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 23 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 34 d. əvvəl
- 50 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)
.jpg)






.jpg)








