“Embafinans”ın istiqrazları üzrə hərrac keçiriləcək - ŞƏRTLƏR
25 aprel 2019-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin üçüncü tranş üzrə buraxılan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, 29 aprel 2019-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1 milyon manat həcmində istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.
Yeni tranşla buraxılan istiqrazlar üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində, ikinci tranş üzrə buraxılan qiymətli kağızları 3 dekabr 2018-ci ildə BFB-də ticarətə buraxılmışdır.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.
№ | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Ticarətə buraxılan qiymətli kağızların sayı | Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri | Q/k-ın hərrac qiyməti |
1 | AZ2004020601 | Faizli təmin edilməmiş |
1 000 (ədəd) |
29.04.2019 | 1000 AZN |
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















