"Bank BTB" şərtlərini yenilədi

(®) Bank “BTB” ASC qarşıdan gələn yaz-yay mövsümünün xüsusiyyətlərini nəzərə alaraq müştərilərinə bildirir ki, indi nağd pul krediti daha da əlçatan olub.
Belə ki, Bank BTB bütün növ istehlak krediti məhsullarının şərtlərini yeniləyib və artıq müştərilər “Nağd pul krediti”, “Kredit Kart” və “Əmək haqqı hesabı Bank BTB-də olan müştərilər üçün istehlak krediti” məhsullarını endirilmiş faizlərlə və digər sadələşdirilmiş şərtlərlə əldə edəcəklər.
Nağd pul krediti üzrə yeni şərtlərə əsasən müştərilər Nağd pul kreditini AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür. Bank BTB-də müsbət kredit tarixçəsi olan müştərilər üçün isə bu faizlərə 2% əlavə endirim təklif olunur.
Kredit kart məhsulu üzrə yeni şərtlərə əsasən müştərilər karta bağlı kredt xəttini AZN valyutasında 28%, USD valyutasında isə 20% illik faiz dərəcəsi ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 24 ayadək kredit xətti əldə etmək mümkündür.
Əmək haqqını Bank BTB vasitəsilə alan müştərilər üçün istehlak kreditlərinin yeni şərtlərinə əsasən müştərilər AZN valyutasında 18%-dən, USD valyutasında isə 10%-dən başlayan illik faiz dərəcələri ilə 5000 AZN-dək zaminsiz əldə edə biləcəklər. Kredit xəttini isə bu müştərilər AZN valyutasında 26%, USD valyutasında isə 18% illik faiz dərəcəsi ilə əldə edə biləcəklər. Ümumilikdə isə 10000 AZN-dək və daha yüksək məbləğdə 36 ayadək kredit əldə etmək mümkündür.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
