"Bulanıq suda balıq tutmaq zamanı bitib"
Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması 2019-cu ildə xüsusi diqqət ayrılacaq prioritetlərdən biri olacaq.
Bunu Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.
M.Cabbarov qeyd edib ki, uzun illər iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmuş "kölgə iqtisadiyyatı" qanuni əsaslarla işləyən sahibkarların əl-qolunu bağlamışdı: "Elə bir vəziyyətlə üz-üzə idik ki, praktiki olaraq intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Uçot sisteminin iflic olması nəticə etibarilə vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə şərait yaradırdı.
Nazir vurğulayıb ki, "kölgə iqtisadiyyatı" müxtəlif növ mənfi amillərin yaranmasına kömək edir:
"Bu problemin həllində ciddi irəliləyiş əldə edilsə də, biz bu istiqamətdə səylərimizi davam etdirməliyik. Bu səbəbdən 2018-ci ildə "kölgə iqtisadiyyatı"nın miqyaslarının azaldılması vergi xidməti üçün başlıca istiqamət oldu. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi, geniş maarifləndirmə işləri aparıldı. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmət sektoru, ticarət obyektləri şəbəkəsi kimi sahələrə nəzarət artırıldı. Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin düşünürəm ki, nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşür ki, gec-tez qanunlar çərçivəsində işləməkdən daha faydalı yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitib".
M.Cabbarov əlavə edib ki, biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur.
Nazir bildirib ki, ötən ilin yekunu üzrə iri topdansatış müəssisələrində 930 milyon manat, şəbəkə sistemli marketlər - 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manatdan artıq dövriyyələrin gizlədilməsi faktları aşkarlanıb: "Bizim ilk funksiyamız bütün faktları aşkara çıxarmaq və müəssisələri vergiyə cəlb etməkdən ibarətdir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)




