"Dövlət məktəbinin müəllimi özəl məktəbin müəllimindən daha çox vergi ödəyəcək"
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qüvvəyə minərsə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə 2019-cu il yanvarın 1-dən 7 il müddətində güzəşt tətbiq edilir. Qeyd olunan maddəyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin 8000 manata qədər olan gəlirləri vergidən azad olunur.
“Marja”nın məlumatına görə, vergi eksperti Vəli Əliyev bununla bağlı bildirir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qüvvəyə minərsə büdcədən maliyyələşən orta məktəb müəllimindən 112 manat gəlir vergisi tutulacaq:
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
“Hər birinin əmək haqqısı 1000 manat olan iki tarix müəllimi təsəvvür edək. Onlardan biri büdcədən maliyyələşən orta məktəbdə, digəri isə özəl məktəbdə işləyir. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qüvvəyə minərsə büdcədən maliyyələşən orta məktəb müəllimindən 112 manat gəlir vergisi tutulacaq. Özəl məktəbin müəllimindən isə hər hansı vergi tutulmayacaq. İcbari ödənişləri də nəzərə alsaq büdcədən maliyyələşən orta məktəb müəllimindən əlavə olaraq 3% sosial sığorta haqqı (30 manat), 0.5% isə işsizlikdən sığorta haqqı (5 manat) tutulacaq. Orta məktəb müəlliminin əmək haqqından ümumilikdə 147 (112+60+5) manat vergi və icbari ödənişlər tutulduğdan sonra 853 manat əmək haqqı əldə edəcək. Lakin özəl məktəbin müəllimindən isə 200 manat əmək haqqı hissəsindən 3% (6 manat), 800 manat əmək haqqı hissəsindən 10% (80 manat) sosial sığorta haqqı, 0.5% isə işsizlikdən sığorta haqqı (5 manat) tutulacaq. Özəl məktəbin müəlliminin əmək haqqından ümumilikdə 91 (6+80+5) manat vergi və icbari ödənişlər tutulduğdan sonra 909 manat əmək haqqı əldə edəcək. Tutulmalardan sonra qalan məbləği müqaisə etsək 56 (909-853) manat özəl məktəbin müəllimi daha çox əmək haqqı əldə edəcək. Büdcədən maliyyələşən orta məktəb müəlliminin günahı nədir ki, gördükləri iş və hesablanan əmək haqqı məbləği eyni olduğu halda özəl məktəbin müəllimindən daha az məvacib alacaq? Qanunvericiliyə təklif olunan dəyişiklik büdcədən maliyyələşən məktəbin müəlliminə digər müəllimlə müqaisədə ədalətsiz yanaşır. Bu ədalətsiz yanaşma bütün peşə sahiblərinə aiddir və Qanun lahiyəsində bərabərlik prinsipi pozulur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
-
35 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)









.jpg)






