“60 dollar risklidir” xəbərdarlığı edilmişdi
Bu gecə neft qiymətləri təxminən 8% düşüb. Brent markalı neftin qiyməti 64 dollar, ABŞ xam neftinin (WTI) qiyməti isə 54 dollar səviyyələrinə geriləyib. Neftin ucuzlaşması Azərbaycan üçün yaxşı hal deyil. Xüsusilə 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti 60 dollardan götürülür. Neftin bu səviyyəyə düşməsinə cəmi 4 dollarlıq ucuzlaşma kifayət edəcəkdir.
"Marja"nın məlumatına görə, iqtisadçı Samir Əliyev, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsinə münasibət bildirərək, “Neftin qiymətinin 60 dollardan götürülməsi risklidir” demişdi.
İqtisadçı bildirmişdi ki, mövcud hadisələr neftin qiymətinin artacağı ehtimalını gücləndirsə də, amma heç kim qiymətin enməyəcəyinə də zəmanət verə bilməz.
“Məncə, 50 dollar daha məqbuldur. Əgər gələn il neftin qiyməti yüksək olarsa, hökumət may ayında büdcəyə dəyişiklik etməklə, qiymətə uyğun xərcləri tənzimləyə bilər. Ona görə 50 dollar daha münasib olardı. Bu, riski azaltmaq üçün vacib idi”.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirmişdi ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir:
“Hesab edirəm ki, bu rəqəm riskli deyil. Çünki noyabrdan Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəcək. Neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar ətrafında dəyişəcək. Mən düşünmürəm ki, neftin qiyməti bundan da aşağı düşsün. Çünki getdikcə neftə olan tələbat artır. Bəzi dövlətlərdə sanksiyalar, müharibələr gedir və hansılar ki, neft ixrac edir, onlarda müəyyən problemlər yaranacaq. Ona görə də neftin qiymətinin 60 dollardan götürülməsi doğru addımdır. Mənim fikrimcə neftin qiyməti bu ilin sonunadək 80 dollardan aşağı olamayacaq”.
Qeyd edək ki, bu gün Brent neftinin 64 dollara düşməsnin qalıcı olacağını da söyləmək doğru olmazdı. OPEC və tərəfdaşları hasilatlarını azaltmaq barədə qərar versələr qiymətlər yenidən yüksələ bilər.
Həmçinin oxu: Bu gecə neft kəskin ucuzlaşdı - AZƏRBAYCAN ÜÇÜN RİSK
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)












.jpg)



