Neftçilər üçün könüllü sığorta məhsullarına 20% güzəşt!
Azərbaycanda “20 sentyabr – Neftçilər Günü”nün qeyd olunması münasibəti “Qala Sığorta” və “Qala Həyat” şirkəti könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində neft sektorunda çalışan bütün işçilər üçün könüllü sığorta məhsullarına 20%-dək güzəşt nəzərdə tutulub.
Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.
Kampaniya 30 sentyabr tarixinədək qüvvədədir.
Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.
Qeyd edək ki, 1994-cü ilin sentyabr ayının 20-də "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə "Əsrin müqaviləsi" imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.
“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi də neft sektorunda çalışan bütün neftçilərin bayramını təbrik edir, onlara işlərində uğurlar arzulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























