Ən yuxarı (mobil)-2_30

SOCAR Türkiyədə daha bir neftkimya kompleksi tikməyi planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyədə daha bir neftkimya kompleksi tikməyi planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SOCAR-ın gələcək hədəfləri sırasında Türkiyədə daha bir neftkimya kompleksinin inşası nəzərdə tutulur".

 

Reklam_3_11

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində deyilir.

 

"Yeni layihənin texniki-iqtisadi əsaslandırmasının 2019-cu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır. Yeni neft-kimya kompleksində ilkin istehsalın 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində başlanılması nəzərdə tutulur".

 

Şirkət prezidentinin sözlərinə görə, Azərbaycanda da daha bir kimya kompleksini ərsəyə gətirməsi planlaşdırılır:

"Qaradağ rayonu ərazisində tikiləcək “SOCAR GPC” Qaz Emalı Zavodu və "SOCAR Polymer"in əməliyyat konsepsiyası təbii qazın tərkibində olan ağır C2+ fraksiyalardan təmizlənməsini nəzərdə tutur. Təmizlənən fraksiyalar yüksək keyfiyyətli polimer məhsulların istehsalı üçün istifadə olunacaq, təbii qazın əsasını təşkil edən təmizlənmiş metan isə ölkə təsərrüfatına qaytarılacaq. Beləliklə, zavod itkiləri qazanca çevirərək, ölkənin kimya sənayesinin inkişafına yeni töhfə verəcək. Hazırda yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla danışıqlar aparılır. Artıq kompleks üzrə ilkin mühəndislik və layihələndirmə işlərini (FEED) bitirmişik. “Açıq kitab” əsasında xərclərin smetası (OBCE) müqaviləsi üzrə işlər yekunlaşdırılır. Maliyyələşmə və investisiya məsələləri öz həllini tapdıqdan sonra layihə növbəti mərhələyə - Mühəndislik, Satınalma və Tikinti üzrə EPC müqaviləsinin imzalanması mərhələsinə keçəcək".

20.09.2018 06:58
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18