"Unibank"dan yeni depozit növü!
(®) Depozit hesabı aç, illik faizləri həmin gün götür!
İndi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün götürə bilirlər.
Bank müştərilərə xidmət səviyyəsinin və təklif olunan məhsul çeşidinin artırılması məqsədi ilə manat valyutasında yeni əmanət növü yaradıb. “Faizlər əvvəlcədən” adlı bu əmanət növündə müştəri əmanət hesabını açdıqda, əmanət üzrə hesablanmış faizləri həmin gün alacaq.
“Faizlər əvvəlcədən” əmanəti üzrə şərtlər aşağıdakı kimidir :
- Valyutası – AZN
- Müddəti – 12 ay
- “+2 faiz” aksiyası çərçivəsində illik faiz dərəcəsi – 9% (7%+2%)
- Minimal məbləğ – 500 AZN
- Müştəri üzrə maksimal məbləğ – 200 000 AZN
Xatırladaq ki, Unibankın sərfəli faizli depozit kampaniyası da davam edir. 31 oktyabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% də hədiyyə ediləcək. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, “Yığım” və “Proqressiv”depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib.
Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz (maksimum 12%-dək);
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibankın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (https://www.unibank.az/az/deposits/index) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) və Unibankın filiallarından əldə etmək olar.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)










.jpg)






