Dövlət qulluqçularına 0% komissiya ilə kredit!
(®) Əhalinin tələbatlarına uyğun olaraq bütün müştəri seqmentlərinə yüksək səviyyədə xidmət göstərməyi qarşısına məqsəd qoymuş Rabitəbank bu istiqamətdə təkliflərini və məhsullarını artırmağa davam edir.
Bu dəfə də dövlət qulluqçuları üçün nəzərdə tutulmuş “Dövlət qulluğu krediti”ni təqdim edən Rabitəbank, çox sərfəli şərtlər təklif edir. Belə ki, kreditin 24 ay müddətinədək rəsmiləşdirilməsi halında müştəri tərəfindən heç bir komissiya ödənilməyəcək, bundan əlavə, kredit üzrə faiz dərəcəsi cəmi 22% təşkil edəcək.
“Dövlət qulluğu krediti”nin şərtlərinə görə bu krediti 5 il dövlət qulluğunda xidmət edən və ya təhsil, səhiyyə sahəsində ən azı 5 il staja malik olan şəxslər əldə edə bilərlər. Kredit üzrə minimal məbləğ 200 AZN, maksimal məbləğ isə 15.000 AZN-dək təşkil edir. Faiz dərəcəsi cəmi 22%-dir. Kredit üzrə komissiya 3-24 ay kredit müddəti olduqda 0%, 25-50 ay kredit müddəti olduqda isə 1% təşkil edir, kreditin maksimal müddəti isə 50 ayadəkdir.
Xatırladaq ki, Rabitəbank-ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
9 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
9 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
9 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)





.jpg)





