Azərbaycanda Dollara daha bir məhdudiyyət başladı
Manat kartları ilə Dollar əldə etmək bahalaşdırılır
Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlamasının təsiri ilə Azərbaycan Manatı üzərində spekulyativ təzyiq yaranıb.
“Marja” xəbər verir ki, ABŞ və Türkiyə arasında əlaqələrin pisləşməsindən sonra 7 Türk lirəsini keçən Dollar bu gün də 10% bahalaşaraq 7.22 lirəyə yaxınlaşıb.
Ötən şənbə Moskva birjasında Rusiya Rublu daha 1,1% bahalaşaraq 67,72 səviyyəsinə qalxıb. Banklarda Dollar 68 rubldan baha satılır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Rəsmi məzənnə dəyişməsə də, ötən həftə Azərbaycanda banklarda Dolların cüzi də olsa bahalaşması müşahidə olunurdu.
"Marja"nın məlumatına görə, ötən şənbə günü bir neçə bank kartlar üzərindən mübadilə üzrə komisiyalarını dəyişiblər. Buna səbəb kartlar vasitəsilə Dolların alınmasının artmasıdır. "AZN olan kartlar ilə USD valyutada nağdlaşdırma, "AZN olan kartlar ilə USD valyutada ödəniş və köçürmə" tarifləri artırılıb. Əvvəllər 0% olan tarif 0,15%-ə qaldırılıb.
Qeyd edək ki, ötən həftə bir sıra banklar nağd Dollar alışına da limit tətbiq edib. Həmçinin oxu: Dolların satışına limit qoyulub- AÇIQLAMA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















