Tabe olmadan razılaşma mümkündürmü?
Müasir dünyada baş verən hadisələr insanları bu və ya digər mövzuda çoxsaylı mübahisə və müzakirələrə istiqamətləndirir. Bəs bu mübahisə və ya müzakirələri uğurlu şəkildə sonlandırmaq üçün nə etməliyik?
Bu məsələdə sizə qısa “Bəli: Tabe olmadan razılşama metodu” kitabı kömək edəcək. Müəlliflər Uilyam Uri və Rocer Fişer bu kitabda düzgün mübahisə və müzakirə üsullarına toxunmaqla, onların bizim üçün faydalı olmasını necə təmin edə biləcəyimizi təsvir edirlər. Bu möhtəşəm kitab 30 il əvvəl çapdan çıxmasına baxmayaraq ana dilimizə hələ də tərcümə edilməyib. Kitabın azərbaycan dilində qısa məzmunun www.readit/az saytdından oxuya bilərsiniz.
Müəlliflərin fikrincə, bütün danışıq metodları üç kriteriya üzrə qiymətləndirilməlidir:
- Razılaşma mümkün olduğu təqdirdə məntiqli bir razılaşma təmin edilməlidir;
- Həmin razılaşma effektiv olmalıdır;
- Tərəflərin əlaqələrini yaxşılaşdırmalı, yaxud da zərər verməməlidir;
“Çətin danışıqlar” bütün meyarlar üzrə uğursuzdur. Çünki bu zaman:
1. Məntiqsiz nəticələr çıxarılır.
2. Səmərəsizdir.
3. Əlaqələri təhlükəyə atır.
Bir çox insanlar sərt danışıqların çətinliklərini görür və bunun əvəzinə yumşaq danışıqları tətbiq edirlər. Yumşaq danışıqlar qarşı tərəfi düşmən kimi deyil, dost kimi görür, zəfərə əsaslanan əlaqələrin qurulmasının və saxlanmasının vacibliyini vurğulayır.
Fişer və Urinin ilk prinsipi insanları problemlərdən ayırmaqdır. İnsanlar fərdi olaraq məsələlərə və tərəflərin mövqelərinə qarışmağa meyillidirlər. Buna görə də, həmin məsələlərə və vəzifələrə olan hücumları fərdi şəkildə qəbul edəcəklər. İnsanları məsələlərdən ayırmaq tərəflər arasındakı münasibətlərə zərər vermədən problemi həll etməyə imkan verir.
Bundan başqa, müəlliflər insanların üç əsas problemini müəyyən edirlər. Birincisi, tərəflər arasındakı idraki fərqlərdir. Digərləri isə Duyğular və Ünsiyyət-dir.
Uğurlu razılaşmalar vəzifələrə deyil, tərəflərin maraqlarına fokuslanır. Fişer və Urinin dediyi kimi “Mövqeyiniz sizin qərar verdiyiniz bir şeydir, o maraqlarınızın formalaşmasına təsir edir”. Məsələnin vəzifələr baxımından şərhi tərəflərdən heç olmasa birinin “uduzacağı” mənasına gəlir. Ancaq problem tərəflərin əsas maraqlarına uyğun olaraq şərh edildikdə, əksər hallarda hər iki tərəf üçün münasib nəticəni əldə etmək mümkün olur.
Müəlliflər kitab boyunca göstərirlər ki, əsas məsələ qalib gəlmək deyil, əsas məsələ hər iki tərəfin fayda əldə etməsidir. Fəaliyyətinizin mərkəzinə bu düşüncəni yerləşdirməklə, daha çox və böyük uğurlar qazana bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)

















.jpg)
