Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstan ərəb turistləri özünə cəlb edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan ərəb turistləri özünə cəlb edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan Səudiyyə Ərəbisanında ölkənin turizm istiqamətləri haqqında təqdimatı keçirib.

 

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, Səudiyyə Ərəbistanı turizm şirkətləri Gürcüstandakı turizm imkanlaı ilə yaxından maraqlanıblar.

 

Tədbirdə Səudiyyə Ərəbistanının aparıcı turizm şirkətlərinin 40 nümayəndəsi iştirak edib. Təqdimatdan sonra gürcü turoperatorlar yerli şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər.
 

Səudiyyə Ərəbistanında Gürcüstanın turizm istiqaməti daha populyar olur. Statistik məlumatlara görə, 2017-ci ildə Səudiyyə Ərəbistanından Gürcüstana 60 000 turist gəlib. Bu da 2016-ci illə müqayisədə 165% çoxdur. 

 

Səudiyyə Ərəbistanında görüşlər "Turkish Airlines" aviaşirkətinin dəstəyilə təşkil olunub.

10.03.2018 07:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18