94 şöbəsini bağlayır
İngiltərənin tanınmış restoran şəbəkələrindən biri olan Prezzo ölkə daxilində 94 şöbəsini bağlayacağını açıqlayıb.
"Marja"nın məlumatına görə, şirkətdən bildiriblər ki, mərkəzi ofisi ABŞ-da yerləşən investisiya şirkəti TPG Capital-ın portfelində olan pizza restoranları şəbəkəsi Prezzo-nun İngiltərə daxilində cəmi 94 şöbəsinin bağlanması planlaşdırılır.
Şirkətin ölkə daxilində 94 restoranı bağlamasının ardından cəmi 208 restoranla fəaliyyətinə davam etməsi nəzərdə tutulur. Prezzo, keçən il 217 milyon funt-sterlinq, təxminən 240 milyon avro həcmində gəlir əldə etmişdi.
Prezzo, yaxın zamanda maliyyə problemləri səbəbindən şirkət borclarının müddətinin uzadılmsı üçün kreditorları ilə razılaşmışdı.
Prezzo, 2014-ci ildə TPG Capital tərəfindən 300 milyon funt-sterlinqə satın alınmışdı. Şəbəkənin 4500 nəfər işçisi var.
Yaxın zamanda İngiltərənin qabaqcıl restoran şəbəkələrindən Byron və Jamie's Italian da oxşar şəkildə kreditorları ilə borclarını ödəmə müddətini uzatmaq barədə razılaşmışdı.
Bu həftənin əvvəlində oyuncaq mağazaları "Toys R Us İngiltərə" və elektronika məhsullar satan "Maplin" də mağazalaını bağlaycağını bəyan etmiş və maddi problemləri səbəbindən müflisləşmə razılaşması elan etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Ən çox oxunanlar
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir







.jpg)







.jpg)









