Bu il böhran başlaya bilər - "DAHA FƏLAKƏTLİ OLACAQ"
Dünya şöhrətli milyarder, məşhur investor, Corc Sorosun keçmiş tərəfdaşı Cim Rocers (Jim Rogers), "Növbəti "ayı" bazarı, 75 illik həyatımda gördüyüm hər hansı bir tənəzzüldən daha fəlakətli olacaqdır" deyərək son dövrün ən sərt fəlakət xəbərdarlığını edib.
"Rogers Holding"in İdarə Heyətinin sədri Cim Rocers, böhran ehtimalı, qızıl, Bitcoin və faizlərin gələcəyini qiymətləndirib.
"Olduğu zaman çox pis bir "ayı" bazarı olacaqdır" deyən Rocers, bu böhran şəraitinin hələ başlamadığını deyib.
Son 2-3 həftədir qlobal bazarlarda baş verən sərt satışın bu böhranın başlanğıcı olub-olmadığını deməyin çətin olduğunu da bildirən amerikalı milyarder, "Yəqin ki, bazar, bir müddət daha yuxarı istiqamətli gedəcəkdir (qiymətlər yüksələcəkdir). Amma böhranın bu il ərzində başlaması mümkündür",- deyib.
1- Böhran bu il başlaya bilər
2- Qızıl və gümüş kəskin bahalaşacaqdır
3- Kriptovalyutaların çoxu "öləcək"
4- Faizlərdə "öküz" bazarı davam edəcək
100 000 DOLLAR İLƏ FOREKSİ ÖYRƏN
Yenidən bir "ayı"bazarı və yenidən maliyyə problemləri baş verəcəyini vurğulayan Rocers, Amerika Mərkəzi Bankının (Fed) bu fikrə qarşı çıxdığını deyib: "Onların yanıldığını düşünürəm. 2008-də yüksək borclara görə bir böhran yaşadıq. 2018-də də dünyanın hər yerində borc daha da çoxdur. Bir daha baş verəcək böhran, həyatımda gördüyüm ən böyük böhran olacaq. Bu, çox təəccüblü deyil. Tarixə nəzər saldıqda görə bilərik" ifadələrini istifadə edib.
"BÖHRAN BU İL BAŞLAYA BİLƏR"
"Olduğu zaman, çox pis bir "ayı" bazarı olacaqdır" deyən Rocers, bu böhran şəraitinin hələ başlamadığını deyib. Son 2-3 həftədir qlobal bazarlarda baş verən sərt satışın bu böhranın başlanğıcı olub olmadığını deməyin çətin olduğunu da bildirən amerikalı milyarder, "Bəlkə Fed faizləri artırdıqdan sonra ABŞ-da bir "ralli" olacaqdır. Yəqin ki, bazar, bir müddət daha yuxarı istiqamətli gedəcəkdir. Amma böhranın bu ilin ərzində başlaması mümkündür" deyib.
"2008-də bazarlar çökəndə (2008 böhranı) qızıl çox aşağı düşmüşdü. Mən o zaman qızıl almışdım" deyən Rocers, qızıl və gümüşün çox kəskin bahalaşacağını, hətta bir "köpük" də ola biləcəyini qeyd edib.
Bitcoin üçün çox sərt bir ucuzlaşma nəzərdə tutan Rocers, "Kriptovalyutalarda ən yüksək səviyyəni gördüyümüzü düşünürəm. 10 il əvvəl bu pullar yox idi, indi 2 mindən çoxdur. Bir "köpük" olduğunu və kripto pulların çoxunun həyatda olmayacağını hesab edirəm" deyib.
"FAİZLƏR DAHA DA YUXARI QALXACAQ
Rocers, "Xüsusilə uzunmüddətli faiz dərəcələri yüksələcək. 1981-ci ildə faiz nisbətləri dibə düşdü. Faiz nisbətlərində 35 illik bir "öküz" bazarı görürük. Bu yenə də olacaq. Çox uzun bir müddət faiz nisbətlərində və istiqrazlarda "öküz" bazarı görəcəyik. Daha da yuxarı qalxacaqlar" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)




