SOCAR-la imzaladığı müqavilənin dəyəri məlum olub

İtaliyanın “Maire Tecnimont” şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) yeni qurğuların tikintisi üzrə SOCAR-la imzaladığı müqavilənin dəyəri məlum olub.
İtaliya mətbuatının məlumatına görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisinə 800 milyon ABŞ dolları vəsait yatırılacaq.
Müqaviləyə əsasən, Heydər Əliyev adına NEZ-in modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.
Xatırladaq ki, dünən SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və “Tecnimont/Kinetics Technology” Alyansı arasında zavodun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanıb. Layihə çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılıb və layihənin növbəti - Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədilə tender müsabiqələri keçirilib.
NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması. Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilib, seçim prosesində 5 beynəlxalq şirkət iştirak edib. “Maire Tecnimont SpA” şirkətinin törəmə şirkətləri “Tecnimont” və “Kinetics Technology” alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilib. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumzavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan “Técnicas Reunidas” şirkətinə həvalə olunub.
Xatırladaq ki, emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər - SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilib. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulub.
Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini “Avro-5” standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 mln. tona çatdırmağa imkan verəcək. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
24 d. əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
2 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
3 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 3 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
