Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı
2025-ci ilin 9 ayı ərzində Unibankın əməliyyat mənfəəti 42 milyon manat, xalis mənfəət isə 15,4 milyon manat təşkil edib.Unibank Kommersiya Bankı 2025-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə nəticələrini açıqlayıb.
Unibankın yaydığı press-relizdə bildirilir ki, Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki payında 43 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:
“2025-ci ilin 3-cü rübü Unibank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf istiqamətlərimizi daha da möhkəmləndirdik. Unibank ölkənin real iqtisadiyyatına dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas məqsədimiz — innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır.”
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29 % artıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 10,9 milyard manatı, sayı isə 337 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artdığı üçün ümumi müştəri sayı 2,2 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 17 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.
Bankın məcmu gəlirlərinin cəmi 277 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət isə 15,4 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin həcmi isə 192 milyon manat artaraq 1,9 milyard manatı ötüb.
Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14,74 % təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















